İlk baxışdan zərərsiz görünən, amma yuxunu pisləşdirən vərdiş

17-03-2026, 17:38           
İlk baxışdan zərərsiz görünən, amma yuxunu pisləşdirən vərdiş
Çarpayı əvəzinə divanda yuxuya getmək vərdişi yuxu keyfiyyətinə ciddi mənfi təsir göstərir.

Oxu.Az xəbər verir ki, bu barədə somnoloq (yuxu mütəxəssisi) Saema Tahir və terapevt Enni Miller "HuffPost" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər.

Saema Tahir qeyd edib ki, ilk baxışdan zərərsiz görünən bu vərdiş çox vaxt əlverişsiz bədən pozasına, bel və boyun nahiyəsində gərginliyə səbəb olur. Bu isə yuxunun səthi olmasına və gecə boyu tez-tez oyanmalara gətirib çıxarır.

"Hətta divan rahat görünsə belə, onun üzərində müntəzəm yatmaq tədricən yuxu dövrünü (siklini) poza və orqanizmin tam bərpa olunmasına mane ola bilər", - deyə həkim bildirib.

Terapevt Enni Millerin sözlərinə görə, qonaq otağındakı artıq işıq və səs-küy yuxu keyfiyyətini daha da pisləşdirir. Bununla belə, mütəxəssislər vurğulayırlar ki, pozulmuş yuxu rejimini bərpa etmək mümkündür. Bunun üçün S.Tahir divanda yuxuya gedənlərə oyandıqdan sonra mütləq yatağına keçməyi məsləhət görür. Bu üsulla beyin tədricən yenidən yataq otağında yatmağa uyğunlaşır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru