Məleykə Abbaszadə vəzifəsinin başındadır?

18-03-2026, 00:05           
Məleykə Abbaszadə vəzifəsinin başındadır?
Son günlər sosial şəbəkələrdə və bəzi media platformalarında Məleykə Abbaszadə ilə bağlı istefa xəbərləri yayılıb.

İddialara görə, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların çətinliyi və ümumi fəaliyyətlə bağlı narazılıqların artması bu cür xəbərlərin yayılmasına səbəb olub. Hətta bəzi abituriyentlər sosial şəbəkələrdə sədrin istefasını tələb edən paylaşımlar ediblər.

Oxu24.com-un əldə etdiyi rəsmi məlumata əsasən, Məleykə Abbaszadə hazırda Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində fəaliyyətini davam etdirir.
Qeyd edək ki, sədrin istefa verməsi və ya vəzifəsindən azad olunması ilə bağlı mediada və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir və rəsmi təsdiqini tapmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru