ABŞ -ın apardığı irimiqyaslı müharibələrin ölkəni müflisləşdirmir, ölkə daxilində nəhəng bir iqtisadi dövriyyə yaradır

7-04-2026, 00:07           
ABŞ -ın apardığı irimiqyaslı müharibələrin ölkəni müflisləşdirmir, ölkə daxilində nəhəng bir iqtisadi dövriyyə yaradır
ABŞ ordusunda təcrübəli bir baş çavuşun aylıq maaşı $6,700-ə, polkovniklərin gəliri isə $14,000-ə çatır. Xarici əməliyyatlarda və təhlükəli zonalarda bu məbləğlərə aylıq +$500-ə qədər əlavələr olunur.
Bundan əlavə, hərbiçilərin tam tibbi sığortası, pensiya təminatı və mənzil pulu kimi vergidən azad olunan xüsusi imtiyazları var.
Müasir tankların (məsələn, M1A2 Abrams SEPv3) qiyməti 15 milyon dollara yaxındır. Aviasiya sahəsi daha fantastik, F-35 təxminən $100 milyon, F-22 Raptor $150 milyon, B-2 Spirit təxminən $2.2 milyard dəyərindədir.
Bu üzdən ABŞ-ın apardığı irimiqyaslı müharibələrin xərcləri çox vaxt 1 trilyon dolları keçir. Kənardan baxanlar bunu "müflisləşmə" kimi görsə də, idxal edən ölkələrdən fərqli olaraq, ABŞ-da bu vəsait ölkə xaricinə çıxmır, çünki istehsalçıdır.
F-35-i araşdırdım , komponentlərin təxminən 30%-i tərəfdaşlara (əsasən Böyük Britaniyaya) məxsusdur ki, bu tərəfdaşlar da öz istehsalatlarının bir hissəsini ABŞ-da yerləşdiriblər. Beləliklə nə alırsa, onu satıb əvəzləşir.
Nəticədə, dövlət büdcəsindən ayrılan vəsait daxili firmalara və vətəndaşlarına ödənilir, sonra isə vergilər vasitəsilə yenidən büdcəyə qayıdır. Beləliklə, hərbi xərclər həm də ölkə daxilində nəhəng bir iqtisadi dövriyyə yaradır. Atdığı raketdən yeganə real itkisi, içindəki bir neçə kiloqramlıq alüminium və misdir.
Orxan Atabəy
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru