Qan analizindən bu xəstəliyi bilmək olurmuş

Bu gün, 07:14           
Qan analizindən bu xəstəliyi bilmək olurmuş
Qanda MCV göstəricisinin yüksəlməsi hansı problemlərdən xəbər verir?

Ümumi qan analizində yer alan MCV (eritrositlərin orta həcmi) göstəricisinin yüksək olması bir sıra sağlamlıq problemlərinin göstəricisi ola bilər.

TEREF xəbər verir ki,mütəxəssislərin sözlərinə görə, bu göstəricinin normadan artıq olması xüsusilə vitamin çatışmazlığı və bəzi xroniki xəstəliklərlə əlaqəli olur.

Belə ki, MCV-nin yüksəlməsi ilk növbədə B12 vitamini və fol turşusu çatışmazlığını göstərə bilər. Bundan əlavə, qaraciyər xəstəlikləri, qalxanabənzər vəzin zəif fəaliyyəti (hipotiroidizm) və spirtli içkilərin həddindən artıq qəbulu da bu göstəricinin artmasına səbəb olan əsas faktorlar sırasındadır.

Həkimlər vurğulayır ki, analiz nəticələrində MCV yüksək çıxarsa, səbəbi dəqiqləşdirmək üçün əlavə müayinələr aparılmalı və mütləq mütəxəssisə müraciət olunmalıdır. Erkən diaqnoz və düzgün müalicə bir çox ciddi fəsadların qarşısını ala bilər./Oxu24.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru