Beynimizdəki gizli düymə: Piylənməni dayandıran hormon aşkarlandı

21-04-2026, 16:44           
Beynimizdəki gizli düymə: Piylənməni dayandıran hormon aşkarlandı
Artıq çəki ilə mübarizədə inqilabi yenilik sayıla biləcək təbii üsul aşkar edilib. Alimlər orqanizmdə maddələr mübadiləsini sürətləndirən və piylənməni geri qaytaran xüsusi hormonu müəyyənləşdiriblər.

Demokrat.az xəbər verir ki, Oklahoma Universitetinin mütəxəssisləri FGF21 adlı təbii hormonun beyin strukturlarına təsir edərək piylənməni aradan qaldırdığını sübut ediblər. "Cell Reports" jurnalında dərc olunan araşdırma bu hormonun əvvəllər sanıldığı kimi qaraciyərə deyil, birbaşa beyinə siqnallar göndərdiyini ortaya qoyub.

Tədqiqat göstərir ki, FGF21 hormonu beyin kökü nahiyəsində maddələr mübadiləsi və iştahı tənzimləyən mərkəzlərlə qarşılıqlı əlaqəyə girir. Bu proses bədən çəkisinin azalmasında həlledici rol oynayır. Hazırda geniş yayılan arıqlama dərmanlarından fərqli olaraq, bu hormon iştahı kəsmək əvəzinə orqanizmin daha çox enerji sərf etməsini təmin edir və metabolizmi gücləndirir.

Tədqiqatçıların fikrincə, bu mexanizmin dərindən öyrənilməsi piylənmənin daha təhlükəsiz və dəqiq müalicə üsullarını yaratmağa kömək edəcək. Hazırda bu hormonun analoqları ağır qaraciyər xəstəliklərinin müalicəsi üçün klinik sınaqlardan keçirilir. Hələlik sınaqlar heyvanlar üzərində aparılsa da, alimlər bu kəşfin gələcəkdə insanlarda metobolik xəstəliklərin müalicəsində əsas metod olacağını proqnozlaşdırırlar.

Yəni, orqanizmdəki FGF21 hormonu iştahı azaltmadan maddələr mübadiləsini sürətləndirir və bədənin daha çox enerji xərcləməsinə kömək edərək arıqlamağa şərait yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru