"Kainat 25" təcrübəsi elm tarixində ən dəhşətli təcrübələrdən biridir
5-05-2026, 17:14

"Kainat 25" ideyası yüzlərlə siçanın yaşadığı və çoxaldığı "ideal dünya" yaradan amerikalı alim Con Kalhundan gəlir. İnsan cəmiyyətini siçan koloniyasının davranışı ilə izah etməyə çalışır.
Təcrübənin mahiyyəti siçanların heç bir narahatlıq keçirmədən, yırtıcılardan uzaqda və epidemiya və xəstəliklərin olmadığı yerdə yaşaya və çoxala biləcəyi ideal şərait yaratmaq olub.
Qısası, Kalhun gəmiricilər üçün bol qida və suya, eləcə də geniş yaşayış sahəsinə malik olduğu xüsusi hazırlanmış bir məkan olan "Siçan Cənnəti" adlandırdığı bir məkanı inşa edib. Əvvəlcə məkana dörd cüt siçan yerləşdirib. Onlar tez bir zamanda çoxalmağa başlayırlar və bu da sürətli populyasiya artımına səbəb olub. Lakin 315 gündən sonra, onların çoxalması əhəmiyyətli dərəcədə azalıb. Gəmiricilər 600-ə çatdıqda, onlar arasında bir iyerarxiya yaranıb və bunların arasında "dilənçilər" meydana çıxıb. Daha böyük gəmiricilər qrupa hücum etməyə başlayıblar və bu da erkəklərin çoxunun "psixoloji çöküntü" yaşamasına səbəb olub. Nəticədə, dişilər özlərini müdafiə edə bilməyibdilər və öz növbəsində balalarına qarşı aqressiv olublar.
Zaman keçdikcə dişilər getdikcə aqressiv davranış, təcrid və reproduktiv motivasiya(Psixoloji vəziyyət sağlamlığa birbaşa təsir edir: stress) çatışmazlığı nümayiş etdiriblər. Doğum nisbətinin aşağı olması və eyni zamanda gənc gəmiricilər arasında ölüm nisbətinin artması müşahidə edilib. Daha sonra "gözəl siçanlar" adlanan yeni bir erkək gəmirici sinfi ortaya çıxıb. Onlar dişilərlə cütləşməkdən və ya öz məkanları uğrunda "rəqabət aparmaqdan" imtina ediblər. Onları yalnız yemək və yuxu maraqlandırıb. Bir vaxtlar "gözəl erkəklər" və "təcrid olunmuş dişilər" əhalinin əksəriyyətini təşkil edirdi.
Kalhun sözlərinə görə, ölüm mərhələsi iki mərhələdən ibarət olub: "birinci ölüm" və "ikinci ölüm". Birinci mərhələ həyatda sadəcə mövcudluqdan kənar məqsəd itkisi ilə xarakterizə olunurdu - cütləşmək, nəsil böyütmək və ya cəmiyyətdə müəyyən bir rolu yerinə yetirmək istəyinin olmaması. Zamanla körpə ölümü 100%-ə çatıb və çoxalma sıfıra düşüb. Nəsli kəsilməkdə olan siçanlar arasında homoseksuallıq müşahidə edilib və bol qidaya baxmayaraq, kannibalizm də artıb. Təcrübənin başlamasından iki il sonra, koloniyanın sonuncu bala balası dünyaya gəlib. 1973-cü ilə qədər Kainat 25-dəki son siçan da ölüb. Con Kalhun təcrübəni hər dəfə eyni nəticə ilə 25 dəfə təkrarlayıb.
Kalhunun işi sosial çöküşün təfsiri üçün bir model kimi istifadə edilmişdir və onun tədqiqatları şəhər sosiologiyasının öyrənilməsi üçün, başlanğıc nöqtəsi kimi xidmət edir. İndi müasir cəmiyyətdə birbaşa paralellər görürük: minimal və ya heç bir qoruyucu bacarıq və instinktlərə malik zəif, qadın cinsi kişilər və ana instinktləri olmayan həddindən artıq həyəcanlı və aqressiv qadınlar.
Con Kalhun "ikiqat ölüm" terminini işlədib: əvvəlcə ruhun ölümü, sonra isə fiziki ölüm.
Kalhun öz təcrübəsinin nəticələrinə əsasən müəyyən bir əhali sıxlığına çatmaq və əhali daxilində sosial rolları yerinə yetirmək, cəmiyyətin dağılmasına səbəb olur, çünki kənar təbəqə yaranır. Siçanlar yaşlı erkəklərlə rəqabət aparmaq məcburiyyətində qalır və cəmiyyət ruhun ölümünü yaşayır.
Amma bu çox qorxuludur... Cəmiyyətin sonu hara gedir? Və biz hara gedirik?
Hazırladı: Esmira ŞÜKÜROVA


