Nəcibə Nəsibova Niyə Qovuldu? – Varlı Balasına "Bəli", Kasıba "Yox" Deyən Müşavirin Sonu

Bu gün, 10:51           
Nəcibə Nəsibova Niyə Qovuldu? –
​Nəcibə Nəsibovanın Türkiyədəki səfirlikdə tutduğu vəzifədən uzaqlaşdırılması, əslində çoxdan gözlənilən bir son idi.
Kənardan "diplomat" kimi görünsə də, mediada və tələbə yataqxanalarında onun haqqında danışılanlar heç də xoş deyil.
Deyilənə görə, xanım müşavir vəzifədə olduğu müddətdə işini görməkdən çox, adam seçməklə məşğul olub.
​Hələ 3-4 il əvvəl Türkiyənin İzmit şəhərində tələbələrlə görüşəndə məsələnin nə yerdə olduğu üzə çıxmışdı. Orada oxuyan uşaqlar dərdimizi kimə deyək deyə qalıblar.
Tələbələrin dediyinə görə, Nəcibə xanım hamıya eyni gözlə baxmırdı.
​Atası-anası vəzifəli, imkanlı olan tələbələrin hər işi "yağ kimi" gedirdi. Nəcibə xanım onlarla maraqlanır, nazı ilə oynayırdı.
Kənddən-kəsəkdən gələn, güc-bəla ilə oxuyan kasıb balaları bir sənəd düzəltmək, bir problem demək üçün qapılarda qalırdı. Onların üzünə baxan yox idi.
​Bu Ayrı-seçkiliyin Qazancı Nə İdi?
​İndi hamı soruşur: Bir dövlət məmuru niyə tələbələri varlı və kasıb deyə iki yerə bölməlidir?
Mediada yazılan iddialara görə, bu işlərin arxasında Nəcibə xanımın şəxsi maraqları və qazancı dayanıb. Hansı tələbənin "hörməti" çox idisə, müşavirin də marağı ona tərəf olub.
​Mediada Gəzən Söhbətlər
​Bir çox xəbər saytlarında qeyd olunur ki, səfirlikdəki bu "bazar" artıq dözülməz həddə çatıbmış. Nəcibə Nəsibovanın yol verdiyi çoxsaylı nöqsanlar, uşaqların şikayətləri axırda yuxarı instansiyalara gedib çıxdı.
Deyilənə görə, onun işdən bu cür qəfil çıxarılmasının kökündə elə bu "seçilmiş" tələbə sevdası və idarəçilikdəki özbaşınalıqlar durur.
​Dövlətin adından danışan adam vətəndaşın kasıbına, yetiminə arxa durmaq əvəzinə, imkanlılarla dostluq edirsə, onun yeri elə qapının ağzıdır.
Nəcibə Nəsibovanın gedişi Türkiyədə əziyyət çəkən kasıb tələbələr üçün bir nəfəs dəriliyi oldu. Gələn gedənə rəhmət oxutmasa, bu dəyişiklik hər kəsin ürəyincədir.
Sima Babayeva
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru