Azərbaycanın 7 karateçisi Avropa çempionu oldu

Bu gün, 00:14           
Azərbaycanın 7 karateçisi Avropa çempionu oldu
Azərbaycan karateçiləri Rumıniyanın Sfıntu-George şəhərində keçirilən fudokan üzrə Avropa çempionatında 9 medal qazanıblar.

Karate Federasiyasından verilən məlumata görə, Babək Qələmzadə fərdi kumite üzrə böyüklər arasında mütləq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.

Elmir Kazımzadə (10-11 yaş, 40 kiloqram), Qorxmaz Səfərli (14-15 yaş, 65 kiloqram), Rəvan Şirinov (16-17 yaş, 65 kiloqram), Elton Əliyev (16-17 yaş, 75 kiloqram), Mehdi Abdullayev (16-17 yaş, +75 kiloqram) və Tahir Ələkbərov (U-21, +75 kiloqram) öz kateqoriyalarında birinci yeri tutublar.

Əli Hacıyev (U-21, 75 kiloqram) gümüş, Ayxan Pirquluyev (16-17 yaş, 65 kiloqram) isə bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatında 22 ölkədən ümumilikdə 985 idmançı iştirak edib.

Demokrat.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru