Kevin Uorş FED-in yeni rəhbəri oldu

Bu gün, 12:07           
Kevin Uorş FED-in yeni rəhbəri oldu
ABŞ Senatı Kevin Uorşu Federal Ehtiyat Sisteminin (FED) sədri vəzifəsinə təsdiqləyib. Kevin Uorş bununla bağlı səsvermədə Senatda 54 senatorun dəstəyini qazanıb, 45 senator isə əleyhinə səs verib.

Tribuna.az xəbər verir ki, Uorş hazırkı FED rəhbəri Cerom Pouelin səlahiyyət müddəti bu həftənin sonunda başa çatdıqdan sonra vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, keçmiş yüksək vəzifəli FED rəsmisi olan 56 yaşlı Uorşun namizədliyi Prezident Tramp tərəfindən irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru