Azərbaycanda benzinin qiyməti ilə bağlı TƏCİLİ XƏBƏR GƏLDİ – BU QƏDƏR...
Bu gün, 11:34

Benzin qiymətlərinin artması Azərbaycanda ümumi inflyasiyaya birbaşa təsir göstərən əsas amillərdən biridir. Çünki yanacaq həm nəqliyyat və logistika, həm də bir çox istehsal və xidmət sahələri üçün əsas xərc maddələrindən sayılır. Yanacaq bahalaşdıqda məhsulların daşınma xərcləri artır və bu da son nəticədə bazarda qiymət artımına səbəb olur.
Bu fikirləri Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
İqtisadçının sözlərinə görə, xüsusilə ərzaq məhsulları, kənd təsərrüfatı malları, tikinti materialları və gündəlik istehlak məhsullarının qiymətlərində artım müşahidə oluna bilər. Regionlardan Bakıya və digər iri şəhərlərə daşınan məhsulların logistika xərclərinin yüksəlməsi satış qiymətlərinə əlavə yük yaradır.
Ekspert qeyd edib ki, eyni zamanda taksi, yükdaşıma, ictimai nəqliyyat və çatdırılma xidmətlərində də bahalaşma riski artır.
Akif Nəsirli vurğulayıb ki, yanacağın bahalaşması sahibkarların fəaliyyətinə də ciddi təsir göstərir. Onun sözlərinə görə, kiçik və orta biznes subyektlərinin xərcləri yüksəlir, xüsusilə nəqliyyat və xidmət sektorunda fəaliyyət göstərən şirkətlərin rentabelliyi azalır. Bir çox hallarda sahibkarlar artan xərcləri məhsul və xidmətlərin qiymətlərinə əlavə etməyə məcbur qalırlar ki, bu da ümumi bazar qiymətlərinin yüksəlməsinə səbəb olur.
İqtisadçı hesab edir ki, uzunmüddətli dövrdə bu proses iqtisadi aktivliyə də təsir göstərə bilər. Əhalinin gündəlik xərclərinin artması alıcılıq qabiliyyətinin zəifləməsinə və istehlakın azalmasına gətirib çıxarır. Sosial baxımdan isə aşağı və orta gəlirli ailələr üçün maliyyə yükü artır. Xüsusilə nəqliyyat və ərzaq xərclərinin yüksəlməsi ailə büdcəsinə daha çox təsir edir.
Sonda ekspert bildirib ki, belə vəziyyətlərdə iqtisadiyyatın dayanıqlığını qorumaq üçün yerli istehsalın genişləndirilməsi, logistika infrastrukturunun inkişafı və sahibkarlara dəstək mexanizmlərinin gücləndirilməsi vacib amillərdəndir.

