Oktay Kaynarca xəstəxanaya yatırıldı

Bu gün, 09:24           
Oktay Kaynarca xəstəxanaya yatırıldı
Türkiyənin tanınmış siması, milyonların sevimli aktyoru Oktay Kaynarcanın qida zəhərlənməsi səbəbindən xəstəxanaya yerləşdirildiyi məlum olub.

Demokrat.az xəbər verir ki, aktyor səhər saatlarında tibb müəssisəsinə müraciət edərək müalicə altına alınıb. Həkimlərin müdaxiləsindən sonra sənətçinin vəziyyətinin stabilləşdiyi və özünü yaxşı hiss etdiyi bildirilir.

Hazırda "Kim milyoner olmaq istəyir?" verilişinin aparıcısı olan Kaynarca uzun illərdir kino və televiziya dünyasının ən parlaq ulduzlarından biri sayılır. Xüsusilə "Kurtlar Vadisi" serialındakı Süleyman Çakır obrazı ilə yaddaşlara həkk olunan aktyor "Adanalı", "Eşkıya Dünyaya Hükümdar Olmaz" və "Ben Bu Cihana Sığmazam" kimi reytinqli layihələrin baş qəhrəmanı olub.

Qeyd edək ki, onun ekran karyerası hələ 1989-cu ildə "Gençler" serialı ilə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru