Hansı kolbasa daha az zərərlidir?

Bu gün, 09:38           
Hansı kolbasa daha az zərərlidir?
“Doktor” kolbasası duz tərkibinin azlığı və hisə verilmiş məhsulların olmaması səbəbindən bütün kolbasalar arasında ən az zərərlidir, lakin təhlükəsiz məhsul hesab edilə bilməz.

Azpost.info bildirir ki, bu barədə qastroenteroloq Yekaterina Kaşux RİA Novosti agentliyinə verdiyi açıqlamada deyib.

Mütəxəssisin sözlərinə görə, böyüklərin birdəfəyə otuz-əlli qram belə kolbasa yeməsi tövsiyə olunur, kolbasanın gündəlik istehlak etmək məsləhət deyil. Üstəlik, bu kolbasanı üç yaşdan kiçik uşaqlara ümumiyyətlə verməmək yaxşıdır.

Kaşux məhsul alarkən ilk növbədə ət tərkibli kolbasaları seçməyi və soya, nişasta və ya mexaniki olaraq sümükdən ayrılmış ət tərkibli kolbasalardan ehtiyatlı olmağı tövsiyə edib. Həkim həmçinin qeyd edib ki, məhsul parlaq qırmızı deyil, yumşaq çəhrayı rəngdə olmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru