Ləğv edilən qurumların rəhbərləri kimdir? - MARAQLI FAKTLAR

7-05-2026, 17:26           
 Ləğv edilən qurumların rəhbərləri kimdir? - MARAQLI FAKTLAR
Azərbaycanda iki qurum - “BakuBus” və “Bakı Taksi Xidməti” ləğv edilib və Bakı Metropoliteninə birləşdirilib. Bu barədə mayın 7-də Prezident İlham Əliyev fərman imzalayıb.

“Yeni Sabah” ləğv edilmiş qurumlar və onların rəhbərləri ilə bağlı faktları təqdim edir:

“BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə Prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə, 12 fevral 2021-ci il tarixli sərəncamı ilə isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

“BakuBus” MMC-nin direktoru Hikmət Qəribovdur. O, bu vəzifəyə 2024-cü il aprelin 19-da təyin edilib. H.Qəribov direktor vəzifəsində Elnur Qarayevi əvəzləmişdi.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Bakı Taksi Xidməti” MMC Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 89 nömrəli qərarına əsasən yaradılmışdı.

“Bakı Taksi Xidməti” MMC-yə Fuad Əliyev rəhbərlik edir. O, 2019-cu ilin iyul ayında əvvəlki direktor Ələsgər Şirinov vəzifəsindən ayrıldıqdan sonra bu quruma rəhbər təyin edilib.

Fuad Əliyev buna qədər həmin müəssisədə direktor müavini vəzifəsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru