Alimlərdən maraqlı kəşf: Sirli kometlə bağlı yeni detal

12-05-2026, 17:38           
Alimlərdən maraqlı kəşf: Sirli kometlə bağlı yeni detal
Alimlər müəyyən ediblər ki, Günəş sistemindən kənardan gələn 3I/ATLAS kometi olduqca soyuq kosmik mühitdə formalaşıb.

Oxu.Az xəbər verir ki, araşdırma Miçiqan Universitetinin alimləri tərəfindən aparılıb.

Tədqiqat zamanı kometin tərkibində yüksək miqdarda "ağır su" aşkar edilib. Alimlərin sözlərinə görə, sudakı deuteriumun səviyyəsi Günəş sistemindəki kometlərlə müqayisədə təxminən 30 dəfə daha yüksək olub.

Mütəxəssislər hesab edirlər ki, bu nəticə digər planet sistemlərinin Günəş sistemindən fərqli şəraitdə formalaşdığını göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru