Alimlər smartfonların istifadəsi ilə doğum səviyyəsinin azalması arasında əlaqə tapıblar

Bu gün, 16:18           
Alimlər smartfonların istifadəsi ilə doğum səviyyəsinin azalması arasında əlaqə tapıblar
Smartfonların geniş yayılması dünyanın müxtəlif ölkələrində doğum səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirilib.

Bu nəticəyə "Financial Times" nəşrinin jurnalistləri müxtəlif ölkələrdə mobil telefonların yayılması ilə bağlı statistik məlumatları təhlil etdikdən sonra gəliblər.

Məqalədə qeyd olunur ki, ABŞ, Böyük Britaniya və Avstraliyada yeniyetmə və gənclər arasında doğum göstəricilərində 2007-ci ildən etibarən kəskin azalma başlayıb. Oxşar tendensiya 2009-cu ildə Fransa və Polşada, 2012-ci illərdə isə Meksika, Mərakeş və İndoneziyada qeydə alınıb.

Araşdırmada bildirilir ki, bu dəyişikliklər smartfon satışlarının artması və mobil tətbiqlərin yüklənməsi ilə bağlı "Google" axtarışlarının çoxalması ilə zaman baxımından üst-üstə düşür.

Demoqraf Layman Stounun sözlərinə görə, insanlar real həyatda daha az ünsiyyət qurduqda münasibət qurmaq və ailə yaratmaq da çətinləşir.

Məqalədə, həmçinin qeyd olunur ki, "Instagram" kimi sosial şəbəkələr gənclərin münasibətlər və potensial partnyorlarla bağlı gözləntilərini dəyişdirir. Bundan əlavə, sosial şəbəkələrin apardığı həyat tərzi və dəyərlərin ciddi münasibətlərin qurulmasına mane olduğu vurğulanır.

Araşdırma zamanı daha bir tendensiya da diqqət çəkib - ali təhsili olmayan gənc qadın və kişilər arasında ideoloji fərqlərin artması. Bildirilir ki, bu amil də cütlüklərin formalaşmasına və doğum səviyyəsinə mənfi təsir göstərir.

Nəşr doğum göstəricilərinin azalmasına təsir edən digər səbəblər sırasında uşaqların mənzillə təmin edilməsinin çətinləşməsini və ali təhsilli qadınların sayının artmasını da göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru