Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib

Bu gün, 15:49           
Sahib İbrahimovla bağlı ŞOK:
Penitensiar Xidmətin 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan iş adamı Sahib İbrahimov müəssisədə qalmaqal yaratması, məhkumlarla mübahisə etməsi və nəticədə müəssisə rejimini davamlı pozması səbəbindən “karsa” salınıb.

TEREF xəbər verir ki, bu barədə Gununsesi.info-ya sözügedən müəssisədə saxlanılan məhkumların yaxınları bildirib.

Məlumata görə, Sahib İbrahimov sonuncu dəfə həmin cəzaçəkmə müəssisəsində saxlanılan sabiq deputat,ekologiya məhbusu Nazim Bəydəmirliyə qarşı aqressiv hərəkətlər edib.

Ayrı-ayrı insanlara qarşı dələduzluq edən Sahib İbrahimovun həbsxanada islah olunmaması artıq Penitensiar Xidmətin rəhbərliyini də hərəkətə gətirib.

Belə ki, tibb məntəqəsində qalan Sahib İbrahimovun cərimə təcridxanasından sonra daha orada saxlanmayacağı deyilir.

Qeyd edək ki, Sahib İbrahimov Diaspor Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru