17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq?

Bu gün, 11:36           
17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq?
Xəbər verdiyimiz kimi, 17 may tarixində Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunub.

Həmin regionlar üzrə qeydiyyatdan keçmiş 19746 iştirakçıdan ilkin məlumatlara əsasən, təxminən 17912 nəfəri imtahanda iştirak edib. Bu da nəzərdə tutulan ümumi sayın 90,7%-ni təşkil edir.

Dövlət İmtahan Mərkəzi bildirib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun 2026-cı il tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.

Bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə bilərlər. Həmin bakalavrlar 21-23 may tarixlərində Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.

Təkrar keçiriləcək magistratura imtahanında hamının iştirakı vacibdirmi və 17 may tarixində keçirilmiş imtahanda toplanan ballar kecərlidirmi? Həmin imtahanda yüksək bal toplayan bakalavr bu dəfə eyni nəticəni toplaya bilmədiyi halda qərar nə olacaq?

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən "Cebheinfo.az"-a bildirilib:

"Magistratura imtahanında iştirak könüllüdür. 17 may tarixində keçirilmiş imtahanın nəticələri ləğv olunmur. Müsabiqədə ən yüksək bal nəzərə alınır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru