Diyetoloqdan saç tökülməsinə qarşı qızıl qayda: Rasionunuzu dəyişin

Bu gün, 17:38           
Diyetoloqdan saç tökülməsinə qarşı qızıl qayda: Rasionunuzu dəyişin
Saç tökülməsinin qarşısını almaq üçün gündəlik qida rasionuna ət və süzməni daxil etmək tövsiyə olunur.

Bunu "News.ru"ya müsahibəsində rusiyalı həkim-diyetoloq Anastasiya Samoylova bildirib.

"Bahalı şampunlar və serumlar almağa tələsməyin. Əksər hallarda problem saça qulluq vasitələrindən çox daha dərində gizlənir. Saçlar zülal quruluşuna malikdir. Əgər menyunuzda ət, balıq, yumurta və ya süzmə azdırsa, orqanizmin saçları bərpa etmək üçün materialı olmayacaq. Rasionunuza mütləq zülal və faydalı yağ mənbələrini daxil edin. Gündəlik yuxu rejmini də unutmaq olmaz, çünki yuxusuzluq kortizol (stres hormonu) səviyyəsinin artmasına gətirib çıxarır.

Saçlar insanın daxili vəziyyətinin güzgüsüdür. Saç tökülməsi çox vaxt endokrin sistemin işindəki pozuntulara, zəruri qida maddələrinin çatışmazlığına və ya xroniki stresə işarə edir. Aktiv saç tökülməsi zamanı edilən ən geniş yayılmış səhv internetdən və ya tanışlardan məsləhət alaraq kor-koranə vitamin qəbuluna başlamaqdır. Bu addım nəinki kömək etməz, hətta vəziyyəti daha da pisləşdirə bilər. Çünki bəzi maddələrin orqanizmdə normadan artıq olması problemi daha da gücləndirir.

Bunun əvəzinə ilk növbədə səbəbi müəyyən etmək lazımdır. Unutmayın ki, dəmir çatışmazlığı (anemiya) və hipotireoz (qalxanvari vəzi fəaliyyətinin zəifləməsi) saç tökülməsinin əsas səbəbləridir. Buna görə də bu problemlə üzləşmisinizsə, həkimə müraciət etməyi gecikdirməyin", - deyə mütəxəssis xəbərdarlıq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru