GƏNC ETRUSK QADINININ SİRLİ ABİDƏSİ

Bu gün, 00:10           
GƏNC ETRUSK QADINININ SİRLİ ABİDƏSİ
Bürüncdən hazırlanmış qadın başı Parisin Luvr muzeyindədir. Eradan əvvəlin 225-175-ci illərinə təsadüf etdiyi güman olunur. Qadın başı, görünür, elə bu qadının də külü saxlanılan vaza funksiyasını daşıyıb. Yəni, həm də urnadır. Kəllədə bir yerə toplanmış saçı andıran cizgili yumru urnanın qapağıdır.
Bu yaşda gözəl qadını itirmək ailə üçün nə qədər böyük, heç vaxt sönməyən dərd olub ki, yandırılmış nəşinin külünü anun öz başından düzəldilmiş bürünç vazada saxlamağı qərara alıb ailəsi.
Və qadının alnında anun faciə ilə tamamlanmış “alın yazısını” da heykəltəraşa həkk etdirib. Anun adını qazdırıb enli, parlaq, azacıq qabağa çıxan alnına. Həm də burada bəlkə də çoxlarının görə bilməyəcəyi sirli bir kilid altında. Mənə elə gəlir yazı hər iki tərəfə oxunmalıdır. Yalnız, o zaman biz ailənin 2200 il bundan qabaq nəzərdə tutduğu qəmlə dolu fikrini tuta bilirik:
Etrusk yazısının oxunma qaydası ilə alın yazısını əvvəl sağdan sola oxuduqda, qadının adını alırıq:
M U T H İ N A
Bəzən oxunması yol verilən və bəzən hətta vacib sayılan səmtdən, yəni soldan sağa oxuduqda isə:
A N I T H U M
kəlməsini alırıq.
MUTİNA və ya MUSİNƏ ANITIM
yanğısı alovlanır. Yəni, adı MUTİN və ya MUSİN olan qadına ANITIM – ərin və ya valideynləri adından abidə, monument. Yazı
MUSINƏ MƏNİM ANITUM (ANITIM - ABİDƏM).
kimi anlanılır.
Türkiyə lüğətində Müsin – yaşca qoca deməkdir. Amma inanmıram ki, gənc yaşında ömrünü bada vermis, bəlkə də 2-3 uşaq anasına valideynləri belə ad vermis olsunlar.
Anıtum - Anıtım – şübhəsiz ANIT – abidə, monument kəlməsidir.
_________________________________
Mənbə
Bronze funerary vase in the shape of a female head
(225–175 B.C.E.) On loan from the Musée du Louvre.
Photo courtesy of Legion of Honor
https://news.artnet.com/.../estruscan-exhibition-legion...
Vittoria Benzine “The Etruscans: From the Heart of Ancient Italy” is on view at Legion of Honor, 100 34th Ave, San Francisco, May 2–September 20, 2026.
Tariyel Azerturk
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru