UĞURSUZ VƏ URVATSIZ AJET!
Bu gün, 00:01

Ən urvatsız, ən uğursuz hava yolları şirkətlərindən biridir AJET (Anadolu JET). Gələndə onunla gəldik. Biletlər ceyran belində, çox bahalıdır hər şey. Münasibət sıfır. Elə bil avtobusda daşıyırlar milləti. Bir torba pul alırlar, bir bardaq su vermirlər. Gözünüz doysun, sərnişin üçün 200 manatlıq biletə heç olmasa 5 manatlıq menyü etmək olmazmı? Yezidin uşaqları...
Ankaraya gələndə o qədər narahat gəldik ki... Endikdə bizi iri avtobuslara mindirdilər və ən azı yarım saat hava limanının daxilində gəzdirdilər. Sonra pasport kontrola gəldik. Uzun növbələrdən sonra keçə bildik. Buralarda da 10 əməkdaş işləməlidirsə, azı 5 yer boşdur. Oradan çıxıb çantaları almağa gəlirsən - bu dəfə şansımız yavər deyildi. Düşünməsi belə zor, ən sonuncu çemodan bizimki oldu və... aydın oldu ki, onun da ayaqlarını sayğısız AJET əməkdaşları sındırıblar. Şikayət etmək üçün müraciət etmək istədik, açıq qapı tapa bilmədik. Bu işlə maraqlanan kimsə yox idi. Birtəhər başımızı götürüb çıxışa doğru istiqamət aldıq... Ay da... burada da uzun növbə varmış. Eynən Azərbaycandakı kimi əşyaları bir də gömrükdən - aparatlardan keçirirlər. Oturub 2 məmur, dünya umurlarında deyil. 2-ci kateqoriya münasibət. Adam yerinə qoymurlar bizi - hörmət etmirlər... Məmurlardan soruşdum ki, bu nə demək? "Uzun illərdir belədir" dedilər. "Mən Ankarada oxumuşam, burası mənim şəhərimdir, belə bir şeyi ilk dəfədir görürəm" dedim. Heç nə demədilər...
Bax belə... Bizi AJET-lərə möhtac qoyan AZAL-lara ayıb olsun! Biletləri bu qədər baha edib insanları canından bezdirənlərə lənət! Sərhədləri bağlı saxlayanlar utansın!
Öz ölkəmizdə yetim günə salınmışıq... Bizə başqaları niyə hörmət etsinlər ki?!
Əvəz Zeynalli
TEREF

