İlk türk peyğəmbər.
Bu gün, 00:05

Tarixi mənbələrdən belə aydın olur ki, lll – V əsrlərdə Azərbaycanda manixey əlifbası da geniş yayılmışdı. Bu əlifbanın yaradıcısı peyğəmbər, filosof, rəssam, nusiqimi, şair və mühəndis kimi tanınan Mani adlı şəxs idi.
Elmi ədəbiyyatda səhvən iranlı kimi qələmə verilən Mani 215 – ci ildə Cənubi Azərbaycanın Həmədan şəhərində doğulmuşdur.
İlk fars – Sasani şahı Ərdəşir türk-Arsaklar sülaləsindən sonuncu Part, yəni Parfiya hökmdarı Ərdabanı məğlub etdikdən sonra Arsakların Ön Asiya, Güney Qafqaz və Mərkəzi Asiya üzərində 500 ildən artıq sürən hakimiyyətinə son qoyuldu və farslar böyük türk imperatorluğunun bütün torpaqlarının sahibinə çevrildilər. Arsakların əlində sadəcə Armeniya və Albaniya qalmışdı.
Məğlub sülalənin əksər üzvləri o dövrdə Arsakların paytaxtı olmuş Həmədan şəhərində yaşayırdılar. Farslar onların xalqı üsyana təhrik edə bilmə ehtimallarını göz önündə tutaraq sülalənin bütün üzvlərini öz imperiyalarının paytaxtına (Mədainə) sürgen etdilər. Sürgün edilən ailələr içərisində Maninin atası Pətiyin ailəsi də vardı. Maninin dünyagörüşü də bu şəhərdə, yəhudi, xristian və zərdüşti filosoflarının mübahisələrinin qızğın keçdiyi Mədain şəhərində formalaşdı.
1
2
Mani farsların gücünün onların dinlərində, yəni zərdüştilikdə olduğunu çox tez başa düşdü. Odur ki, bu ideoloji sistemə qarşı onu çürüdə biləcək, eləcə də tükləri fars hakimiyyətinə qarşı mübarizəyə səfərbər edə biləcək alternativ dini-ideoloji bir sistem qurmaq qərarına gəldi.
Maninin dininin əsil mahiyyətini başa düşməyə bizə Bötürmüş Tərxanın qələminə mənsub “Xuastuanift” əsəri kömək edir:
“Hörmüz tanrı beş tanrı ilə bütün tanrıların gücünü toplayıb şeytanlara qarşı vuruşmağa enib, gəldi. Bəd əməllər şeytanı Şimnu beş cür şeytana qarşı vuruşdu. Tanrı, şeytan işıq o vaxt bir-birinə qarışdı. Hörmüz tanrı əsgərləri, beş tanrı bizim ruhumuz günah şeytanları ilə vuruşub başlarından yaralandılar.”
“Xuastuanift” məhz bu cümlələrlə başlayır. Əsərdə zərdüştiliyin baş tanrısı Hörmüzün adı çəkilir və o, əsərin, eləcə də maniçilik fəlsəfəsinin əsas personajlarından biri kimi çıxış edir. Elə bu fakt da bir çox tədqiqatçıları maniçiliyi zərdüştiliyin bir təriqəti və bu dinin törəməsi hesab etməyə sövq etmişdir. Məsələ də elə bundadır. Yəni bütün səhf mülahizələr də elə buradan qaynaqlanmaqdadır. Fəqət tədqiqatçıların gözdən qaçırtdıqları və ya böyük əhəmiyyət vermədikləri bir detala xüsusi diqqət yetirmək kifayədir ki, məsələnin tamam başqa cür olduğunu anlayasan. Məsələ burasındadır ki, maniçilikdə “Avesta”dakı Əhrimən obrazının yerinə türk mifologiyasının ən məşhur mənfi qəhrəmanlarından biri olan, ayrı-ayrı türk əfsanə və nağıllarında bəzən Şimnu, bəzən Şimnus və ya Şulbus, bəzən də Çulbus, Kəlləgöz və ya Təpəgöz adları ilə adlandıran obraz daxil edilmişdir. Maniçilikdə bu obrazın “Şimnu” adından istifadə edilmişdir. Görəsən, Əhrimən obrazını Təpəgözlə, yəni Şimnu ilə əvəzləmək Maninin nəyinə lazım idi?
Məlumat üçün bildirək ki, “Avestada” iblis, şeytan, şər qüvvələrin başçısı kimi təqdim edilən Əhrimən bu varlığın yeni fars dilindəki adıdır. Zərdüştilərin müqəddəs kitabında, yəni Avestada bu qüvvənin adı Anqra Manyudur. “Anqra Manyu” adı isə türk Tenqrisinin farsca bir qədər təhrif edilmiş adıdır.
Qədim türklər sitayiş etdikləri tək Tanrıya çox vaxt “Tenqri Menqu” da deyirdilər. “Menqu” qədim türk dilində əbədi deməkdir. Odur ki, bu halda söhbət əbədi olan Tanrıdan gedir. Bəzi türk ləhcə və şivələrində, o cümlədən yakut türkcəsində “Tenqri Menqu” ifadəsi “Tanqra Menqu” kimi səslənməkdədir.
Şahlar Haciyev
TEREF

