Massagetlər və Şahzadə Tomris m.ö VII-VI əsrlər.
Bu gün, 17:54

M.ö 7-ci əsrdə qayıdan türk mənşəli Saqa-Massaget tayfaları Azərbaycanın şimal torpaqlarında Araz çayından şimala doğru uzanan ərazidə Saqa dövlətini yaratmışdılar. Azərbaycanın ilk qadın hökmdarı olan Tomris Xatunun rəhbərlik etdiyi Massaget şahlığı Dərbənddən Şirvana qədər olan torpaqlarında yerləşirdi. Belə ki, massagetlər əvvəlcə Midiya dövlətinə tabe idilər. Lakin fars Əhəmənilər türk madayların hakimiyyətini zəbt etdikdən sonra mərd massagetlər də onlara tabe olmamışdılar. Herodot “Tarix” əsərində Əhəməni hökmdarı Kirin Araz çayından şimalda yerləşən Massaget çarlığına yürüşü zamanı öldürüldüyü barədə məlumat vermişdir. Heredot yazırdı ki, “Massagetlər, deyilənə görə, çoxsaylı və cəsur bir tayfa olub. Onlar issedonlarla qarşı-qarşıya, Günəşin doğuşu istiqamətində şərqdə, Araz çayının arxasında yaşayırdılar”. Əksər tarixçilər bildirir ki, Massaget Türkləri Saqa (iskit-skif-sak) boylarından biridir. Bəzi məlumatlara görə Dəmir-Demurus adında bir peçeneq olub. Bəziləri də iddea edirlər ki, onlar özlərini Hun adlandırməşlar. İndi isə Massagetlər və Azərbaycan Tüklərinin və ümumilikdə Türk Dünyasının fəxr edə biləcəyi ilk (bizə məlum olan) Qadın Hökmdarımız, Mənəvi Anamız Tomris Xatunun haqqındakı məlumatları Sizinlə paylaşıram. (Təvəkgül Nəbioğlu)
Massagetlər[1] (yun. Μασσᾰγέται, lat. Massagetae) — Mərkəzi Asiya çöllərində məskunlaşmış və daha geniş skif mədəniyyətlərinin bir hissəsi olmuş qədim köçəri xalq.
Massagetlərin İrandilli xalqlardan olması haqqında bir çox fərziyyələr də vardır.[2][3] Digər tərəfdən, bəzi türkiyəli alimlər onların qədim türklərdən (prototürk) ibarət və qədim türklər ilə əlaqəli olduqlarına dair fikirlər və iddialar var.[4][5][6][7][8][9] Bundan başqa, İrandilli icmaların üstünlük təşkil etdiyi konfederasiya olması haqqında iddialar da var. Əldə edilən mənbələrlə turanlı elementləri də eyniləşdirilir.(Vkipediya)
Elmi ədəbiyyatda bu barədə müxtəlif mülahizələr irəli sürülmüşdür. Bir mülahizəyə görə Yunan qaynaqlannda «amurqi sakları» məfhumu işlənmişdir. Haumavarqa qədim İran dillərində «Haoma (içki növü) bişirənlən> kimi izah olunur. Adətən onları Orta Asiyada yerləşdirirlər. Tiqrahaudaları yunanlar ortokoribanti adlandırmışlar. Hər iki məfhum «şiş papaq» mə’nasını daşıyır. Onları Oıta Asiyada və Azerbaycanda yerləşdirirlər. «Şiş papaq» sakları Azərbaycan sakları və sakasinləri ilə eyniləşdirmişlər. I Dara Qara dəniz sahili skitiərin ölkəsinədigər mülahizəyə görə (Y.Haırnatta, V. V. Struve və b.). Orta Asiya saklanna qarşı səfər etmişdi. Müasir dövrün tədqiqatçılan bu və ya digər mülahizəyə üstünlük verarək saklan (o cümlədən skit və massagetləri) irandilli hesab edirlər, halbuki əvvəldən (A.Seys, T.Mişşenko və b.) ve indi də sakların (o cümlədən skit və massagetlərin) türk emoslanna mənsub olması müddəası irəli sürülmüşdü. Bu tayfaların dil tərkibi müxtəlif olmuşdur. Onlar həm Orta Asiyada, həm də Araz çayının şimalından ta Rusiyanın cənubunadək uzanan ərazidə yayılmışdılar. Lakin nəzərə almaq lazımdır ki, Araz çayından şimalda yaşayan etnoslar, o cümlədən snklar müstəqil İdilər və Əhəmənilərə bilavasitə tabe deyildilər. Ola bilsin ki, Skunxa orada yaşayan sakların başçısı imiş. I Dara qələbədən sonra saklann ancaq başçısını dəyişdirmiş və istədiyi adamı onlara hakim qoymuşdu. Yəqin ki, sak adı altında Azerbaycanın bir sıra etnoslarının adlan cəmləşdirilmişdi, çünki bu zaman bütövlükdə Azərbaycanı ifadə edən məfhum hələ işlədilmirdi. (akad. Ziya Bunyadıv)
Əhəməni çağında İran şahları Quzey Azərbaycan torpaqlarını da əldə etmək üçün bura yürüşlər təşkil etmişlər. Bu haqda Azərbaycan tarixçiləri belə yazır: «Pomponi Mela, Böyük Plini, Dion Kassi və başqalarının yazılarından aydınlaşır ki, massagetlərin ölkəsi Dərbəndlə Gilgilçay arasındakı torpaqlarda yerləşirdi. Beləliklə, II Kuruş massagetləri ram etməklə Alban torpaqlarına yiyələnmək istəmişdir. Onun bu istəyi baş tutmadı. Tomrisin başçılıq etdiyi ikinci döyüş də İran ordusu darmadağın edildi, Kuruş döyüşdə öldürüldü. Əhəmənilərin Arazdan quzeydəki torpaqları işğal etməyə yönələn ilk yürüşü boşa çıxdı»Tomrislə Kirosun -- Kirin ordusunun arasında böyük çay olduğunu Herodot da yazıb. O qeyd edir ki, Kir o çayı keçmək üçün körpülər saldırırdı. Düzdür Massagetlər Orta Asiyada da yaşayıb, amma onlar indiki Manqışlaq tərəfdə - Aral gölü ilə Xəzərin arasındakı ərazilərdə yaşayıblar. Xəritəyə baxın: Kiros ora getmək üçün hansı çayı keçməli idi? O yolda yox idi elə bir keçilməli çay. Sayhun, Çayhun, Amudərya, Sırdərya çayları qalır o biri tərəfdə.
Bu Massagetlər isə bu biri tərəfdə idi Quzey Azərbaycanda da yaşayırdılar, Dərbənddən Astaraya qədər yayılmışdılar və bəylikləri də var idi. Alban Dövləti yarananda -baxmayaraq ki, onların hər ikisi Türk idi- Massagetlər Albanlara tabe olmadılar. Kiros Tomrislə döyüşə bilmək üçün 2 böyük çay keçməli idi. Bir Qızılüzəni, bir də Arazı. Herodot yazır ki, o Araz çayını keçdi. Qaynaqda da bu ad var, sadəcə Herodot bu iki çayın hər ikisinə Araz deyir”.(Prof. Dr. Firudin Celilov)
Massaget-in Orta Asiyada yaşadıqları fikrinin əsas səbəbi Herodotun pis ingilis repressiyası idi. Ancaq yaxından tərcümələrə diqqət etsəniz, Massagetin Qafqaz dağlarının şərqindəki düzənliklərdə yaşayırlar.Bəzi qərəzsiz tədqiqatçılar iddia edirlər ki, Araz çayının Ceyhun çayıdır. Amma unudurlar ki, bu iki ad arasında fonetik olaraq oxşarlıq yoxdur. Və bütün ingilis mənbələri Araz çayı adı çəkiləndə Araxes sözünü işlədirlər. Farsın Herodotu II. Kiros ( II Cyrus) qeyd edilməsi etik cəhətdən düzgün deyil, rusca tərcüməsidir. Araz çayı üzərində körpü tikib Massaget kralı Tomrislə döyüşüb öldürdüyünü yazanda başqa çaydan danışsaydı, başqa cür ifadə. Herodot Massagetae qəbilələri haqqında deyirdi "bu insanlar cəsur və ürəkli hesab olunurlar, şərqdə Aras çayı boyunca, İşidlər boyunca yaşayırlar. Bəzi insanlar deyir ki, bunlar Massagetae xalqıdır. " deyə yazılır. Dion Kassius elə bilirdi ki, Arasın şimalında yaşayan albanlar Massagetdəndirlər. Strabon, Massagetin əhəmiyyətli hissəsinin Massaget və Saka adlandırıldığını və Araz çayının sahilində yaşadığını bildirir.Massaget qadınları at çapır, ox atır və at belində düşmənlə döyüşürdülər. Qadınlar üç düşmən tərəfindən öldürülməyincə evlənməzdilər. Qədim tarixçilər onlar haqqında yazırdı: "Massagetaenin ərləri ilə müharibəyə gedən cəsarətli qadınları olub. Tomris məşhur türk kağanı Alp Er Tunqanın nəvəsi idi. Ərəb və fars mənbələrində adı Əfrasiyab olan Alp Er Tunqa bir çox keçmiş türk tayfaları və Göktürk, Uygur, Karahanlı və Selçuk dövlət başçıları tərəfindən onların babası hesab edilmişdir. "Tarixin atası" Herodot Tomrisin tarixçi kimi qəhrəmanlığını yüksək qiymətləndirərək onu tarixin şanlı səhifələrinə qızıl hərflərlə naxışlayıb. Bu qadın nəinki hökmdarın, bütün Massaget xalqının cəsarətinə heyranlığını gizlətmir, Anne Tomrisin qürurlu və cəsarətli davranışını real qiymətləndirir. Hökmdarın oğlunun intihar etməsini də qəhrəmanlıq kimi qiymətləndirir. (Zaur Əliyev, Tarixçi Alim)
Tomris haqqında əsas məlumat Herodotun Tarix əsərində qorunmuşdur. Onun doqquz hissədən ibarət "Tarix" əsəri yunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsr olunmuşdur. Burada qələmə alınan hadisələr dövrünün tarixçilik ənənələrinə uyğun olaraq, miflə gerçək tarixi rəvayətçilik hüdudlarında yazılsa da, Heredot haqlı olaraq, dünyanın ən tarixçilərindən sayılır. Heredotun kitabında yer alan hadisələrdən biri də Əhəməni hökmdarı Kirin e. ə. 529-cu ildə öldürülməsi ilə bağlıdır. Əhəməni dövlətinin banisi II Kirin (e.ə. 550–530) ölümü bədii mövzu kimi antik müəlliflərin yaradıcılığında dərin iz buraxmış, əsrdən əsrə ötürülərək əfsanələşmişdir. E.ə. V əsrdən başlayaraq Herodot, Ktesi, Beros, Strabon, Arrian, Polien, Diodor, Ammian Marsellin və digər yazarlar bu mövzuya müraciət etmiş, onlara məlum detallarla fərqli hekayələrin yaranmasına səbəb olmuşlar. II Kirin ölümü ilə nəticələnən hərbi əməliyyatlar haqqında rəsmi qaynağın yoxluğundan indiyə kimi antik müəlliflərin yazdıqları ilə kifayətlənməli oluruq. Bu həlledici döyüşün harada baş verdiyi ilə bağlı ən mötəbər mənbə məhz Herodotun "Tarix" əsəri hesab edilir. Kir müasir Azərbaycan Respublikası ərazisində, Araz çayından şimalda yerləşən Massaget çarlığına (bir çox tarixçilər bu çarlığı Orta Asiyada yerləşdirir, Arazı isə Amudərya ilə eyniləşdirirlər. Çünki massagetlər Orta Asiyada da yaşayırdılar) yürüşü zamanı öldürülmüşdü.(Vikipediya)
Yaxın və Orta Şərqdə işğalçılığı ilə məşhur olan fars-Əhəməni imperiyasının hökmdarı II Kir Massaget (Quzey Azərbaycan) hökmdarı olan Tomirisə şərəfsiz təklif irəli sürümüşdü. Tomris vətənin bütövlüyü, şərəfi və müstəqilliyi naminə özündən qat-qat güclü olan Əhəməni dövləti ilə e.ə. 530 - cu ildə müharibəyə başlamış, onu darmadağın etmişdir. Həmin döyüş barədə qədim yunan tarixçisi Herodot yazır: “Mən bu döyüşü barbarlar arasında gedən ən qorxulu və dəhşətli döyüş hesab edirəm. Döyüşün gedişi barədə belə söylədilər ki, əvvəlcə düşmənlər üz üzə dayanıb, bir-birinin başına ox yağdırıblar. Oxları tükəndikdən sonra onlar qışqıra - qışqıra əlbəyaxa döyüşə başlayıblar. Nizə və xəncərlə aparılan bu qanlı döyüş uzun müddət davam etsə də, heç kəs geri çəkilməyib. Nəhayət massagetlər üstün olduqlarını sübuta yetiriblər. Fars ordusu məhv edilmiş, meydan boyu cəsədləri sərilmişdi. Kir özü də öldürülmüş, bu döyüşdən sağ çıxmamışdı” (Heredot, “Tarix” kitabı I kitab, Klio, paraqraf 214, səh.79). “Məğlubedilməz” sayılan Kir bu döyüşdə öldürüldü. (Bəxtiyar Tuncay, tarixçi Alim)
Azərbaycanın cənub torpaqlarını, Yaxın və Orta Şərqin çox hissəsini zəbt edən Əhəməni hökmdarı II Kirin bir arzusu var idi: hansı yolla olursa-olsun, Azərbaycanın şimal torpaqlarını da öz dövlətinə qatmaq, igid massagetləri özünə tabe etmək. Azərbaycanın şimal torpaqlarında hökmranlıq edən Massaget hökmdarının dul xanımı Tomris onun bu arzusu yolunda ciddi maneə olaraq qalırdı.
Həyat yoldaşı vəfat edəndən sonra massagetlərin hökmdarı olan bu qəhrəman məleykə vətənini sevən, onun yolunda ölməyə hazır olan, azadlığı hər şeydən üstün tutan bir xanım, şərafətli bir ana idi. Tomris xatun tədbirli və təmkinli sərkərdə, ağıllı və inamlı hökmdar olması ilə xalqın hörmət və etimadını qazanmışdı.
Azərbaycan qadınları tarix boyu torpaqlarımızın toxunulmazlığı, doğma el-obanın əminamanlığı, adət-ənənələrimizin, mədəniyyətimizin, bir sözlə - dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparmış, dünya tarixində hünər, cəsarət, vətənpərvərlik, müdriklik nümunələri olmuşlar. 2500 il bundan əvvəl mövcud olmuş müstəqil Azərbaycan dövlətinin hökmdarı Tomris ana güclü düşmən qarşısında əyilməyib, biabırçı şərtləri qəbul etməyib, əvvəlcə düşmənə sülh və mehribançılıq təklif edib, bu qəbul edilmədikdə mətanətlə və cəsarətlə düşmənin üzərinə gedərək qeyri-bərabər döyüşə girib və onu məğlub edib. Öz doğma oğlu döyüşdə həlak olsa da, Tomris ana bundan sarsılmayıb, intiqamını alıb. Səbrli, təmkinli və ağıllı məsləhətlər verən bir qadın, qüdrətli və müdrik hökmdar, qürurunu və əzəmətini saxlayan bir ana, qəhrəman və cəsur döyüşçü kimi tanınıb. Qəhrəman türk qadını Tomris ana keçmiş dünyanın başçılarına yüz illər boyu ibrət olacaq bir dərs verib.(prof. Fazil Qaraoğlu)
Aqşin Əlivevin “Təhmirə(Tomiris) Massaget şahzadəsi” kitabındakı “Ön söz”“Bu kitab, adından da göründüyü kimi qadın hökmdar Təhmirə (Tomiris) adlı bir xalq qəhrəmanının şanlı bir döyüş yolunun mənbələrdən toplanmış namələr toplusudur. Antik yunan mənbələri Təhmirəni – yunan tələffüzü olan Tahmiris və ya Tomiris kimi qeyd etmişlər. Antik mənbələrə əsasən Təhmirə (Tomiris) hökmdar qadın e.ə.VI əsrdə cənubi Qafqazada mövcud olan massagetlərin ölkəsi kimi də tanınan qədim Taliya ərazisində hökmdarlıq etmiş və Vavr qalası onun iqamətgahı olmuşdur. Məsələ burasındadır ki, Təhmirə (Tomiris) Ari tayfalarından olan irandilli Massaget tayfasının çartiçası olmuşdur və onu bir çox xalqlar öz adına yazıb çıxarsa da bu günə qədər heç bir nəticə əldə edə bilməmişlər. Təhmirə (Tomiris) adı iranmənşəli Ari adı olub mənası da qədim iran dillərində “cəsur” deməkdir. Bu adı türk dillərində də mənalandıran alimlər var və onlar Tomirisi qədim tük sözü olan “Temir” sözü ilə eyniləşdirər ki mənası da “Dəmir deməkdir. Lakin Təhmirənin(Tomirisin) tükmənşəli hesab olunduğu bu fərziyyə günümüzə qədər sübuta yetirilməmiş və heç bir tarixi mənbəyə dayanmır.” ( Leyla Məcidova Tarix üzrə Fəlsəfə doktoru)
Tomris Xatun haqqında paylaşmadan əvvəl istədim son illərdə yazılan kitablar, məlumatlarlardan da bəhrələnim və diqqətimi Aqşin Əliyevin “Təhmirə (Tomiris) Massaget şahzadəsi” adlı 3 cildlik kitabı çəkdi. Kitabı oxumağa başlayarkən “Ön söz” bölümündəki bu izah məni çox məyus etdi və heç kitabı da oxumadım. Bu “ön sözə”, Ariləri İran dilli qəbul edən və onun kimi düşünənlərə oxuduğum 2300 kitabdan qəbul etdiyim cavabımı yazmaq istədim. Birincisi Arilər İran dilli ola bilməz çünki Sizin “iran dilli” adlandırdığınız xalqlar bura 2800 il əvvəl gəlib. Ari-Ariy adlandırılan Azərbaycanda çox qədimdən yaşayan öntürk tayfalarından olan ƏrEylərdir. İndiki İran adlandırılan ölkədə ƏrEy-Rey vilayəti olub və Rey şəhəri də onların adı ilə bağlıdır. Bunu Dünyanın bir çox Tarixçi Alimləri də təsdiq edir və onu dini kitablardakı Ray yəni adəmin ilk vətəni kimi verirlər. İkincisi isə Arılərin türkmənşəli hesab olunduğu haqda subuta yetirilmiş çox mənbələr var. Üçüncüsü belə çıxır ki, Siz Türk Dünyasının fəxr edə biəcəyi Alimimiz Prof.Dr.İlhami Cəfərsoyun “ARİLƏRİN TÜRK MƏNŞƏYİ” dünyanı, əsas da onları “irandilli” kimi təqdim edənləri sirkələyən kitabındakı gətirdiyi arqumentləri, faktları, tutarlı bilgiləri və bəlgələri subuta yetirilməmiş qəbul edirsiniz!
Təvəkgül Nəbioğlu




