Prezident dilçi alimlərin qarşısında mühüm vəzifələr qoydu

4-11-2025, 10:18           
Prezident dilçi alimlərin qarşısında mühüm vəzifələr qoydu
Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışı Azərbaycan dövlətinin dil siyasətində milli-mənəvi dəyərlərin qorunmasına, dilin saflığının və inkişafının təmin edilməsinə yönəlmiş diqqətini əks etdirir.
Müasir dövrdə qloballaşma və internetin inkişafı nəticəsində gənc nəsil arasında, televiziya proqramlarında məişət üslubunun operativliyi müşahidə olunur. Bu isə dilin üslubi imkanlarını zəiflədə bilər. Prezident İlham Əliyevin həm dil siyasəti, həm çıxışları aydın istiqamətlər müəyyənləşdirir. Dili sevən xalq özünü və gələcəyini qoruyur. Ana dilinə hörmət milli kimliyə hörmət deməkdir. Dövlət başçısının “Bu ya səhvdir, ya da təxribatdır. Hər ikisi də qəbuledilməzdir" fikri isə məsuliyyətdir, çağırışdır. Hər bir vətəndaş ana dilini sevərək düzgün normada istifadə etməlidir. Ana dilinin təmizliyinin qorunması gələcək nəslə xəzinədir.
Prezident İlham Əliyevin ardıcıl və uğurlu dövlət siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutub. Prezident İlham Əliyevin Azərbaycan dilinə yüksək diqqət və qayğısı Azərbaycan dili ilə bağlı fərman və sərəncamlarında, çıxışlarında hər zaman özünü göstərir. Prezident İlham Əliyevin dilimizin saflığının qorunması ilə bağlı göstərişləri Dilçilik İnstitutunun qarşısında mühüm vəzifələr qoyur. Ədəbi dilin saflığını qorumaq hamıdan asılıdır. Çünki dilin daşıyıcısı xalqdır. Dil xalqın ən böyük mənəvi sərvətidir.
Bir neçə gümdən sonra Azərbaycan möhtəşəm tarixi gününün - 8 Noyabr Zəfər gününün beşinci ildönümünü qeyd edəcəkdir. Ermənistanın 30 ilə yaxın davam etmiş hərbi təcavüzünə son qoyulması böyük salnamə tariximizdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı azad etməsi Zəfər tariximizi yazdı, həm də bu qələbə beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi idi. BMT Təhlükəsizlik Şurasının on illərlə kağız üzərində qalmış qətnamələrini Azərbaycan icra etmiş oldu. İllərlə görülən işlər, həyata keçirilən tədbirlər artıq öz sözünü demişdir. 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının müntəzəm xarakter alması İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu. Dövlət başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevdən "Hücum!" əmrini alan Azərbaycan Ordusu qələbə əzmi ilə irəlilədi. 200 ildən çox davam edən etnik təmizləmə, soyqırımı siyasətini həyata keçirmiş, xalqımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş insanların qisası döyüş meydanında alınırdı.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı və bu mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi. İmzalanmış üçtərəfli Bəyanatla ölkəmizin qazandığı tarixi Qələbə bir daha təsdiqini tapdı. Ermənistan məğlubiyyət sənədinə imza ataraq, qısa zaman kəsiyində digər şəhər və rayonlarımızdan çıxması barədə öhdəlik götürdü. Beləliklə, uzun illər işğal altında qalan Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana təhvil verildi.
Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində ordumuza göstərilən diqqət sayəsində Silahlı Qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası iiilə təchiz olunması bizi Zəfərə doğru aparırdı. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduqlarını əzmkarlıqla nümayiş etdirdi. Zəfər tarixini yazmış Azərbaycan Ermənistana sarsıdıcı zərbə vurmaqla "məğlubedilməz erməni ordusu'' mifini dağıtdı.
44 günlük Vətən müharibəsinin reallıqları bir daha təsdiqlədi ki, Azərbaycan Prezidenti İlham Əliyev həqiqətən də böyük siyasi xadim, strateqdir və hər bir məsələnin müdrikliklə həllinə nail olur. 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad olunması, münaqişənin bitməsi xalqımızın tarixinə qızıl hərflərlə Zəfərimizi yazdı.
İndi artıq müharibədən beş il ötür və Zəfər qazanmış Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru dirçəldir, həyat yenidən qaynayır. "Bizim şanlı Vətən müharibəmiz. Bildiyiniz kimi, onun hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərində də tədqiq edilir. O cümlədən pilotsuz uçuş aparatlarının tətbiqi. Müharibədə məhz birinci biz bunu tətbiq etmişik. Bu gün müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Yəni, bunun təməlini biz qoymuşuq və bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Biz bu məhsulları həm xarici bazarlardan tədarük edirik, eyni zamanda, özümüz də bir çox növdən ibarət pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq və bunu davam etdirəcəyik. Burada da təbii ki, Azərbaycan elmi ictimaiyyəti üçün çox böyük fəaliyyət meydançası yaradılır", - deyən Prezident diqqətə çəkib ki, Mən bütövlükdə bildirmək istəyirəm ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır: "Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər.
Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər".

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]