“Molekuldaxili səthi fəallıq” – Kolloid Kimyasında yeni Elmi Kəşf Almaniyada qeydiyyatdan keçib

10-04-2026, 10:38           
“Molekuldaxili səthi fəallıq” – Kolloid Kimyasında yeni Elmi Kəşf Almaniyada qeydiyyatdan keçib
Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının (EANS, Almaniya) professoru və akademiki, "Kolloid Kimyası" ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, çoxsaylı Elmi Kəşflər və Elmi Hipotezlər müəllifi Rahim Abas oglu Daşdiyevin rəhbərliyi altında “Molekuldaxili səthi fəallıq – Kolloid Kimyasında yeni Elmi Kəşf Almaniyada qeydiyyatdan keçib” mövzusunda növbəti aktual silsilədən olan yazını Tərəf.az oxucularına təqdim edirik.

Professor R.A.Daşdiyevin rəhbərliyi altında bir qrup Azərbaycan, Çin (dünya üzrə ən böyük neft-kimya komplekslərindən biri olan “Sinopek” şirkətinin əməkdaşları timsalında) və Qazaxstan alim və aparıcı mütəxəssislərin həmmüəllifliyilə 2023-cü ildə “Molekuldaxili səthi fəallıq” – Kolloid Kimyasında yeni Elmi Kəşf olaraq, Almaniyada qeydiyyatdan keçib. Fazalararası səthi fəallıq Kolloid Kimyasında məlum və kifayət qədər öyrənilən sahə olmasına baxmayaraq, molekuldaxili səthi fəallıq anlayışı ilk dəfə olaraq diqqətə gətirilir. Qeyd edilən Elmi Kəşfin nəzəri və tətbiqi nanokolloid kimyasında (məsələn, neftin ilkin hazırlanması nanoekotexnologiyalarında neft emalı zavodlarında korroziyanın strateji məqsəd olması ilə bağlı deemulqatorlardan, desuspenzatorlardan, mühüm ekoloji-texnoloji problemlərə səbəb olan çətinparçalanan su-neft emulsiya, çətinparçalanan su-neft suspenziyalarının və eləcə də özlü-elastik sistemlərin əmələ gəlmələrinə qarşı inhibitirlardan istifadə) mühüm əhəmiyyəti vardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru