Azərbaycanda daha bir bloger həbs edildi - Narkotik ittihamı ilə

Bu gün, 11:26           
Azərbaycanda daha bir bloger həbs edildi -
Sosial şəbəkələrdə “By Ella” ləqəbi ilə tanınan bloqer hava limanında saxlanılıb.

TEREF “Unikal”a istinadən xəbər verir ki, Məmmədova Lalə İlham qızı məhkəmə qarşısına çıxarılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Səbail rayon məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, əgər onun bu əməli sübuta yetirilərsə, xanım bloqeri əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru