Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib

4-05-2026, 17:44           
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə metronun Gənclik” stansiyasının yaxınlığındakı istirahət parkında açıq havada Ulu Öndərin əziz xatirəsinə həsr edilən “Bir ömrün simfoniyası” adlı klassik musiqi konserti keçirilib. Paytaxt sakinləri və qonaqların iştirakı ilə keçirilən konsertdə Mustafa Mehmandarovun rəhbəri və baş dirijoru olduğu “Archi” Kamera Orkestrinin ifasında musiqi əsərləri səsləndirilib.
Tədbirin əvvəlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, bu gün ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edir. Görülən işlərin nəticəsidir ki, insanlar da dəyişir, əhalinin iqtisadi vəziyyəti yaxşılaşır, imkanları artıq. Bu hər yerdə, küçədə, cəmiyyətdə hiss edilir, insanların mədəni səviyyə yüksəlir. Bu fakt ölkə şəhərlərinin təmizliyi və baxımlılığında da özünü büruzə verir. Əhali öz növbəsində kommunal xidmətlərlə birlikdə şəhərlərin təmizliyi və gözəlləşməsinə öz töhfələrini verir. Bu da onu deməyə əsas verir ki, ölkəmizin bu günkü inkişafının təməlində məhz Heydər Əliyev və İlham Əliyev siyasəti durur.
Qeyd edilib ki, paytaxt rayonlarında keçirilən konfranslarda şagirdlər Azərbaycan tarixinin ən qədim zamanlarından günümüzə qədər olan dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar ediblər. Müsabiqədə həm də 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərə, antirerror tədbirlərinə, Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə Azərbaycanın Dövlət Bayrağının ucaldılması və digər mövzulara da xüsusi yer verilib.
Şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən konfransda gənc tədqiqatçıların məruzələri dinlənilib. Konfransda qeyd olunub ki, məktəblilərin Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə marağı artıran bu müsabiqə ənənəvi xarakter daşıyır və hər il minlərlə məktəbli bu müsabiqədə iştirak edir. Builki müsabiqədə Bakı şəhərinin 315 məktəbi və 3750-dən artıq şagirdi öz referatları ilə iştirak ediblər. Qalib şagirdlərin referatları komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcəkdir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru