İsrail də qarışdı: çoxlu yaralanan və həbs olunan var (VİDEO)

4-05-2015, 10:59           
İsrail də qarışdı: çoxlu yaralanan və həbs olunan var (VİDEO)
İsrailin paytaxtı Tel-Avivin mərkəzində Efiyopadan olan gənclərlə yerli polis arasında toqquşma baş verib.

ANS PRESS-in məlumatına görə, MSNBC telekanalı xəbər verir ki, toqquşmalarda yaralananlar var.

Efiyopiyalı gəncin polis tərəfindən saxlanılmasına qarşı olan etiraz aksiyasında minə yaxın efiyopiyalı iştirak edib. Aksiyaçılar polisi daş-qalaq edib, hiddətlənən polis isə daha da qəzəblənərək xüsusi avadanlıqlar olan gözyaşardıcı qaz və təzyiqli su ilə toplaşanları dağıtmağa çalışıb.

İlkin məlumata görə toqquşmalarda 30 nəfər xəsarət alıb ki, onlardan çoxunun polis olduğu qeyd edilir. Nümayişçilər polis avtomobilini çevirib, maşınların şüşələrini və vitrinləri sındıraraq xuliqanlıq ediblər.

Hazırda polis qarşıdurmalarda 3 nəfəri həbs edib.

[media=https://www.youtube.com/watch?v=MUJije1tjwk]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]