Rusiya XİN rəsmisindən Ərdoğana MESAJ

26-02-2016, 09:25           

Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Rusiya iki pilota görə Türkiyə kimi dostunu itirdi” açıqlamasına münasibət bildirib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Zaxarova “Facebook” hesabında yazıb.

“KİV Ərdoğanın sözlərini belə təqdim edir: “Təəssüf ki, Rusiya iki pilota görə Türkiyə kimi dostunu itirdi”. İndi isə sözləri daha doğru şəkildə quraq: “Rusiya Türkiyəyə görə iki pilotunu itirib”.

Xatırladaq ki, R.T.Ərdoğan fevralın 24-də açıqlama verərək bildirib ki, Rusiya da vaxtilə təyyarə vurub:

“Rusiya Türkiyənin “Su-24” döyüş təyyarəsini vurmasından istifadə edir. O, iki pilota görə Türkiyə kimi bir dostunu itirdi. Rus hökumətinin Suriya məsələsində məqsədi var. Bizim üçün isə bu məsələ ölüm-qalım məsələsidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru