Hillari Klinton daha bir ştatda keçirilən ilkin seçkidə qalib gəldi

28-02-2016, 11:15           
Hillari Klinton daha bir ştatda keçirilən ilkin seçkidə qalib gəldi
ABŞ-da bu il keçiriləcək prezident seçkilərində namizədlərin müəyyənləşdirilməsi üçün ilkin seçki (praymeriz) prosesi davam edir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə, Cənubi Karolina ştatında keçirilən praymerizdə demokratlar daxilində ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton zəfər qazanıb.

Məlumata görə, Nyu-Qempşir ştatında baş tutan praymerizdə Demokratlar partiyasının digər üzvü Berni Sanders lider olub.


Qeyd edək ki, Hillari Klinton bu vaxtadək keçirilən dörd praymerizdən üçündə qələbə qazanıb.

Bundan əvvəl respublikaçı Donald Tramp Nevadada keçirilən praymerizdə zəfər qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru