Rusiya hərbi gəmiləri İstanbuldan keçdi

1-03-2016, 23:28           

Bu gün Rusiyanın hərbi gəmiləri Türkiyənin Çanaqqala boğazından keçərək Mərmərə dənizinə keçiblər.

Axar.az xəbər verir ki, əvvəlcə Rusiyaya məxsus "Novoçerkassk" hərbi gəmisi, daha sonra "Aleksandr Otrakovski" gəmisi İstanbul boğazlarından keçib.

Rusiya hərbi gəmilərini Türkiyənin Sahil Mühafizə Xidmətinə məxsus karter müşayiət edib.

Qeyd edək ki, bu iki hərbi gəmi 19 fevralda Çanaqqala boğazından keçərək Aralıq dənizinə üzmüşdülər












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]