Almaniyada 3 kosovalı saxlanıb

23-03-2016, 10:37           
Almaniyada 3 kosovalı saxlanıb
Almaniya polisi Avstriya ilə sərhədində Belçika nömrəli maşında 3 nəfəri saxlayıb. Hazırda həmin şəxslərin hücum planlaşdırıb-planlaşdırması araşdırılır.

Kosovodan olan 3 şübhəli martın 22-də saxlanıb. Brüsseldə 31 nəfərin ölümüylə nəticələnmiş hücum ondan öncə baş vermişdi.

Polisin məlumatına görə, hələlik həmin şəxslərin Belçika paytaxtındakı hücumlarla hər hansı əlaqəsinə dair bir məlumat yoxdur, ancaq bu, istisna da olunmur.

Brüssel partlayışlarından sonra Almaniya sərhədində təhlükəsizlik tədbirlərini gücləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru