Başına mükafat qoyuldu: 200 min dollar təklif edilir

Bu gün, 09:24           
Başına mükafat qoyuldu: 200 min dollar təklif edilir
ABŞ Federal Təhqiqat Bürosu (FBI) İrana casusluqda ittiham olunan və qiyabi məhkum edilən keçmiş əks-kəşfiyyat agenti Monika Uittin saxlanılmasına kömək edəcək məlumat üçün 200 min dollar məbləğində mükafat elan edib.

TEREF xəbər verir ki, Uitt 2013-cü ildə İrana qaçıb və ehtimal olunur ki, həmin vaxtdan bəri iranlı operativ işçilərə keçmiş həmkarlarına qarşı fəaliyyət göstərməkdə kömək edir. O, həmçinin Pentaqonun proqramlarından birinin kod adını və məxfi məqsədlərini ifşa edib.

Özünü ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının izləmə proqramlarını ifşa edən Edvard Snoudenlə müqayisə edən Uittin Rusiyaya sığınmaq niyyətində olduğu bildirilir./KONKRET.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru