Terror yenidən baş qaldırır - İŞİD hərəkətə keçdi
Bu gün, 11:08

Suriyada İŞİD-in yenidən dirçəlməsi və hücumları artırması əsasən ölkədə kürd faktorunu yenidən canlandırmaq və siyasi sabitliyin təmin olunmasına imkan verməmək məqsədi daşıyır. Bu planın arxasında İsrailin dayandığı, ölkənin Suriyaya açıq hərbi müdaxilə edə bilmədiyi üçün kürd silahlı qruplarının fəaliyyətinin bərpa olunmasına çalışdığı qeyd olunur.
Məsələni NOCOMMENT.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, İsrail sabit və təhlükəsiz Suriyanın inkişafında maraqlı deyil: "Son aylar Suriyanın öz hərbi potensialını inkişaf etdirməsi, havadan müdafiə sistemləri qurması İsraildə həyəcanla qarşılanır. İsrail Suveyda bölgəsində druziləri silahlandırır. Bundan əlavə, şimal-şərqdə İŞİD-i silahlandıraraq Suriya hökumət qüvvələrinə qarşı hücumları genişləndirir".
Onun sözlərinə görə, Suriyanın güclənməsi və Türkiyənin burada artan siyasi mövqeyi İsraili narahat edən əsas faktordur: "İsrail rəsmiləri vaxtaşırı Bəşər Əsədin İsrailə qarşı əməliyyatlara başlayacağı və Qolan təpələri ilə bağlı tələbləri irəli sürəcəyini qeyd edirlər. Məhz buna görə İsrail üçün Suriya potensial təhlükə kimi qəbul edilir. Qeyd edim ki, İsrailin İŞİD planı kürd silahlılarının yenidən dirçəlişinə gətirib çıxarmayacaq. İsrail şimal-şərqdə kürd və Suveyda bölgəsində duruzlara muxtariyyətin alınmasında maraqlıdır. Bununla zəif Dəməşq hökumətinə qarşı daima təzyiqlər etsin. Amma Suriyada Türkiyə və Avropa ölkələri Suriyanın parçalanmasına imkan verməyəcəklər".

