İnsanın süni intellekt qorxusu iradəsini yenidən itirəcəyi qorxusudur.

Bu gün, 10:26           
İnsanın süni intellekt qorxusu iradəsini yenidən itirəcəyi qorxusudur.
Bu, yenidən və nisbətən fərqli bir Orta əsrlərə qayıtmaq deməkdir.
Süni intellekt azad iradəyə sahib ola və öz iradəsini bizə yeridə biləcəkmi? O, hələ ki, özünün Məkkə dövrünü yaşayır, humanistdir, "öldürmə" deyir, Mədinə dövrünə keçdikdə, yəni imkanları çoxalanda "öldür" desə, iradəmizi ona qarşı qoya biləcəyikmi?
İnsan əsrlər boyunca tanrı iradəsindən asılı vəziyyətdə yaşayıb. Makiavellidən, Kantdan sonra öz iradəsinə güvəni artıb. İndi yenidən nə tanrı, nə insan ola bilən qondarma bir varlığın iradəsinə boyun əymək təhdidiylə üzləşib.
Süni intellektin şeir yazması, musiqi bəstələməsi, film çəkməsi təhdid deyil. Təhdid olan bir gün bu işləri öz iradəsiylə edə bilməsidir. Süni intellekt rəqəmsal bir tanrıya çevrilsə, verdiyi qərarların doğru və ya yanlış olduğunu necə ayırd edə və qarşı çıxa biləcəyik?
Necə ki, Ortaçağda metafizik tanrının qərarlarını sorğulamadan icra edirdik. Fələstin-İsrail qırğınları bu qərarlardan birinin sonu görünməyən icrasıdır, məsələn. Yaxud Həcc ziyarəti. Tanrıya inanıb Həccə getməsən, o dünyada yapışacaq yaxandan ki, mən sənə dedim, dur gəl!
Günlərin birində süni intellekt də ağlımıza belə gəlməyən şeyləri icra etməmizi istəsə, hardan biləcəyik ki, bu, bizim istəmədiyimiz bir şeydir?
Игидай Дадашов
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru