Çin Sədri Si Cinpin Trampın dəvətini qəbul etdi

Bu gün, 11:34           
Çin Sədri Si Cinpin Trampın dəvətini qəbul etdi
“Çin Xalq Respublikasının Sədri Si Cinpin payız fəslində ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında ABŞ-yə dövlət səfəri həyata keçirəcək”.

TEREF xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti qurumun rəhbəri Van İnin sözlərinə istinadən məlumat yayıb.

Çinli nazir Donald Tramp və Si Cinpin arasında baş tutan danışıqlara da münasibət bildirib.

“Görüş rəsmi danışıqlardan, salamlama ziyafətindən, eləcə də kiçik qruplar çərçivəsində fikir mübadiləsi və müxtəlif ziyarətlərdən ibarət olub. İki dövlət başçısı birlikdə təxminən doqquz saat vaxt keçiriblər”, – deyə açıqlamada qeyd olunub.

Van İn bildirib ki, iki ölkə arasında konstruktiv strateji sabitlik münasibətlərinin qurulması mühüm qərardır.

Xatırladaq ki, Donald Tramp mayın 14-də Si Cinpin və onun həyat yoldaşı Pen Liyuanı sentyabrın 24-də Vaşinqtona səfərə dəvət edib./Oxu/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru