Bu xəbəri çatdıran şəxs 15 milyon dollar qazanacaq
Bu gün, 09:08
Korrekt.az xəbər verir ki, dünən ABŞ Dövlət Departamentinin “Ədalət üçün Mükafatlar” proqramı SEPAH-ın Qüds qanadı üçün dron təchiz və istehsal edən şəbəkələrdən biri kimi müəyyən edilən “Kimia Part Sivan” (Kipas) şirkətinin üzvləri və fəaliyyəti barədə məlumat verənlərə 15 milyon dollara qədər mükafat təklif etdiyini açıqlayıb.
Mükafat SEPAH-ın maliyyə mexanizmlərini müəyyən etməyə və ya pozmağa kömək edə biləcək məlumatlar üçün nəzərdə tutulub.
Məlumata görə, şəbəkənin əsas üzvləri kimi aşağıdakı şəxslərin adları çəkilib:
• Həsən Arambunejad; • Əbülfəzl Ramazanzadə Meşkani; • Mehdi Ğəffari; • Rza Nahardani; • Abbas Sərtaci; • Hadi Cəmşidi.
Bu şəxslər İraq, Yəmən və Suriyada İranla əlaqəli qruplar üçün dronların hazırlanması, sınaqdan keçirilməsi və təchizatında rol oynayıblar.