İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir?
Bu gün, 11:12

Siyəzən rayon İcra Hakimiyyətinin keçirmək istədiyi 3 tenderin hamısı ləğv edilib.
Tribuna.az xəbər verir ki, bu barədə rəsmi mənbələrdə məlumat yayılıb.
Məlumatda bildirilir ki, İcra Hakimiyyəti ləğv edilən tenderlərdən biri Siyəzən şəhərinin şəhər daxili yollarının əsaslı təmir işləri ilə bağlı olub. 212 min 888 manatlıq büdcəyə əsaslanan təmir işlərinin dayadırılmasının səbəbi isə qanunvericiliyin tələbinin pozulması olub.
İkinci tender isə Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 17, 19, 23 nömrəli binaların əsaslı təmirini ehtiva edib. 29 min 289 manatlıq layihənin dayandırılması da hazırlanan sənədlərin və iştirakçı sayının 3-dən az olması olub.
Rayondakı üçüncü tender isə Mədəniyyət Nazirliyinin reallaşdırmaq istədiyi təmirlə bağlı olub. Belə ki, nazirliyin tabeliyində olan Əsaslı Tinkinti və Təchizat MMC Siyəzən rayon Heydər Əliyev Mərkəzinin cari təmir işləri ilə bağlı xidmətinin satın alınmasını reallaşdırmaq istəyib. Bunun üçün 25 min 876 manat vəsait ayırmağı da nəzərədə tutub. Lakin nəticələr ləğv edilib.
Rayondan Tribuna.az-a verilən məlumatlarda ard-arda tenderlərin ləğv edilməsinin əsas səbəbinin icra başçısı Novruz Novruzovdan qaynaqlandığı bildirilir. Mənbələr qeyd edirlər ki, son zamanlar hakimiyyət dairələrinin icra başçısına etimadları azalıb. Həmçinin onun yaşlı olması səbəbindən artıq uzaqlaşdırılması prosesinə də start verilib. Bu səbəbdən də rayondakı bütün işlərin hamısı dayandırılıb.
İddia edilir ki, Siyəzəndə bütün işlər yaxın günlərdə yeni təyinat alacaq icra başçısı tərəfindən görüləcək. Novruzovun isə bu ayın sonuna kimi, postundan gedəcəyi gözlənilir.

