Dnepropetrovskidə Sağ sektor" saxta erməni "soyqırım"-ını andı

7-05-2015, 11:56           
Dnepropetrovskidə Sağ sektor" saxta erməni "soyqırım"-ını andı
Dnepropetrovskda Sergey Niqoyan meydanında “Sağ sektor” “erməni soyqırımı”nın qurbanlarının xatirəsini anıb.

Oxu.az xəbər verir ki, bu barədə Ukraynanın “Sağ sektor” təşkilatının saytında bildirilib: ““Sağ sektor”un Dnepropetrovsk mərkəzi, xalq deputatı Dmitri Yaroşun yardımçısı Marina Denisenko başda olmaqla, Sergey Niqoyan meydanındakı kilsədə “erməni soyqırımı”nın 100 illiyinə həsr edilmiş tədbirdə iştirak ediblər”.

Kapellan Nikolay Medinski “Jeleznyak” bu tədbirdə iştirak edib, erməni diasporasının nümayəndələri ilə görüşüb və təəssüfləndiyini bildirib: “Dərd yalnız insanları deyil, bütün xalqları da birləşdirir. Tanrı bizimlədir, çünki həqiqət bizimlədir! Millətə eşq olsun!”.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]