Britaniyada yeni qanun: Texnologiya şirkətlərindən çılpaq şəkilləri bloklamaq tələb olunacaq

9-01-2026, 10:58           
Britaniyada yeni qanun: Texnologiya şirkətlərindən çılpaq şəkilləri bloklamaq tələb olunacaq
Böyük Britaniyadakı texnologiya şirkətləri yanvarın 8-də qüvvəyə minmiş yeni onlayn təhlükəsizlik qaydalarına əsasən, seksual xarakterli təsvirləri bloklamalıdırlar.

Oxu.Az xəbər verir ki, bu barədə Britaniya hökumətinin veb-saytında bildirilib.

Bu gündən etibarən platformalar çılpaq şəkillərin (kiberfleşinq) yayılmasının qarşısını almaq üçün fəal tədbirlər görməlidirlər. Bunun üçün şirkətlərdən şəkilləri aşkarlayan və gizlədən avtomatlaşdırılmış sistemlərin, moderasiya vasitələrinin və ya ciddi məzmun siyasətinin tətbiq edilməsi tələb olunur.

Bu qaydaların pozulması şirkətlərin gəlirlərinin 10%-ə qədər cəriməsi və ya Böyük Britaniyadakı xidmətlərinin bloklanması ilə nəticələnə bilər. Yeni tələblər "Facebook", "YouTube", "TikTok" və "X" kimi platformalara, eləcə də pornoqrafik materiallar dərc edən tanışlıq tətbiqlərinə və veb-saytlara şamil edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]