TƏBİƏT QİSAS ALA BİLİR: Bir Gecədə 1746 İnsanı Öldürən Göl. FOTO
30-03-2026, 16:03

21 Avqust 1986-cı ildə Kamerundakı Nyos gölü (Nigeriya) ətrafındakı kəndlilər həmişəki kimi yatmağa gedilər. Lakin səhər heç kim yuxudan oyanmamışdı.
Partlayış olmayıb. Zəlzələ olmayıb. Sunami olmayıb. İnsanlar çarpayılarında, qapılarının ağzında, cığırlarda uzanıblar - sanki rahatlanmaq üçün, ürəkləri istədikləri yerdə uzanmağa qərar veriblər ki, heç vaxt, bir daha ayağa qalxmasınlar. Mal-qara, quşlar, həşəratlar da ölüblər. Gölün ətrafındakı 25 kilometrlik ərazidə nəfəs alan heç nə sağ qalmayıbdı.
1746 nəfər. 3500-dən çox mal-qara. Bir gecədə. Səssiz-səmirsiz.
Bir qədər bu sirrli göl barəsində
Nyos gölü sönmüş vulkanın kraterində yerləşir. Maqma kamerasından çıxan karbon qazı davamlı olaraq, göl yatağından sızır. Normal bir göldə qaz səthə qalxır və dağılır. Lakin dərin Nyos gölünün dibi soyuq və təbəqəlidir: su təbəqələri bir-birinə qarışmır. Qaz on illərdir alt təbəqədə, möhürlənmiş şüşədəki karbon qazı kimi əriyir.

21 avqust axşamı tarazlığı bir şey pozur. Torpaq sürüşməsi, külək əsməsi, temperaturun düşməsi - dəqiq səbəbi məlum deyil. Lakin şüşə nədənsə "açılıb". Dərinliklərdən təxminən 1,6 milyon ton karbon qazı püskürüb. Havadan daha ağır, rəngsiz və qoxusuz CO₂ buludu saatda 70 km-ə qədər sürətlə yamaclardan aşağı axaraq vadini 50 metrə qədər qalınlığında bir təbəqə ilə doldurub. İnsanlar yuxuda boğulublar, artıq havanın olmadığını anlamağa belə imkanları olmayıb.
Sağ qalanlar yalnız evləri qaz təbəqəsinin üstündə olanlar idi. Bəziləri oyanıb, çölə çıxıb və yatarkən hər şeyin öldüyü bir dünya ilə üzləşiblər. Bu fəlakətin bir daha baş verməməsi üçün, xüsusi Degazasiya boruları gölə endirilib - onlar davamlı olaraq dibdən CO₂ vurur və onu səthdəki idarə olunan fəvvarələrə çevirir. Bu işləyir. Lakin göl hələ də boruların onu çıxara biləcəyindən daha sürətli qaz toplayır.
Nyos gölünün mənzərəsi mükəmməl görünür - yaşıl təpələrlə əhatə olunmuş mavi su. Dinc, sakit və mənzərəli. Buna görə də insanlar onun yaxınlığında yaşayırdılar. Lakin bu sükutun ölümcül olduğundan xəbərsizdilər...
Esmira ŞÜKÜROVA
TEREF

