İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib

27-03-2026, 00:05           
İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
İranın ABŞ-a cavabı dünən gecə rəsmi şəkildə göndərilib.

Məlumatlı mənbə “Tasnim” xəbər agentliyinə bildirib ki, ABŞ-ın 15 maddəlik təklifinə İranın cavabı dünən gecə vasitəçilər yolu ilə rəsmi şəkildə göndərilib və İran qarşı tərəfin cavabını gözləyir.

Mənbənin sözlərinə görə, İran cavabında bəyan edib ki, “düşmən tərəfindən həyata keçirilən təcavüz və terror dayandırılmalı”, müharibənin yenidən baş verməyəcəyinə dair real şərait yaradılmalı, müharibə zərərlərinin və kompensasiyaların ödənilməsi təmin olunmalı və aydın şəkildə müəyyənləşdirilməlidir.

Həmçinin müharibənin bütün cəbhələrdə və bu münaqişədə iştirak edən bütün “müqavimət qrupları” üzrə regionun hər yerində başa çatdırılması təmin olunmalıdır.

O qeyd edib ki, İranın Hörmüz boğazı üzərində suverenlik tətbiq etməsi onun təbii və qanuni haqqıdır, belə də qalacaq. Eyni zamanda qarşı tərəfin öhdəliklərinin icrasına zəmanət verilməsi də şərtlərdən biridir.

Mənbə vurğulayıb ki, İran üçün artıq aydındır ki, ABŞ-nin danışıqlarla bağlı iddiası sadəcə “üçüncü aldatma” planıdır və amerikalılar bu iddia altında bir neçə məqsəd güdürlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru