Kanada Rusiyanın "kölgə donanması"na qarşı yeni sanksiyalar tətbiq edib

27-03-2026, 12:24           
Kanada Rusiyanın "kölgə donanması"na qarşı yeni sanksiyalar tətbiq edib
Kanada Rusiyanın "kölgə donanması" ilə əlaqəli gəmilərə qarşı növbəti sanksiyalar tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyinin (XİN) saytındakı bəyanatda bildirilir.

"Rusiyanın qüvvədə olan sanksiyalardan yayınmasına qarşı tədbirlərin gücləndirilməsini davam etdirmək məqsədilə Kanada öz sanksiya siyahısına Rusiyanın "kölgə donanması"na aid daha 100 gəmi daxil edir", - qurumun məlumatında qeyd olunub.

Kanada XİN-dən qeyd edilib ki, Rusiya neft və qazdan əldə etdiyi gəlirlər hesabına Ukraynaya qarşı müharibəni maliyyələşdirməkdə davam edir. Qurumun iddiasına görə, Rusiya bu gəlirləri sanksiyalardan yayınaraq, malların və xammalın, o cümlədən xam neftin dünyanın müxtəlif ölkələrinə daşınması üçün gəmilər və köməkçi təşkilatlar şəbəkəsindən, əsasən də, neft tankerlərindən istifadə etməklə əldə edir.

"Bu sanksiyalar Rusiyanın hərbi əməliyyatları maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır", - məlumatda vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru