Ukrayna və İtaliyanın XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

27-03-2026, 15:25           
Ukrayna və İtaliyanın XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa italiyalı həmkarı Antonio Tayani ilə görüş keçirib.

"Report" Ukrayna XİN-in "Telegram" kanalındakı bəyanatına istinadən xəbər verir ki, tərəflər Kiyevin Rusiya-Ukrayna münaqişəsinin başa çatdırılması istiqamətindəki səylərini və Yaxın Şərqdəki eskalasiyanı müzakirə ediblər.

"Biz Ukrayna-İtaliya əməkdaşlığının daha da gücləndirilməsini müzakirə etdik və mən ardıcıl siyasi, hərbi və iqtisadi dəstəyə görə, xüsusən də ən çətin qışı arxada qoymağımıza kömək edən, Ukraynanın enerji dayanıqlığının təmin edilməsinə verdiyi praktiki töhfəyə görə İtaliyaya minnətdarlığımızı təsdiq etdim", - qurum Sibiqanın sözlərini sitat gətirib.

Qeyd olunub ki, Ukrayna XİN rəhbəri dayanıqlı sülhün əldə olunmasına yönəlmiş Ukraynanın cari səyləri barədə Tayaniyə məlumat verib. Sibiqa müharibənin başa çatdırılması üçün Rusiyaya təzyiqin gücləndirilməsinin vacibliyini bir daha vurğulayıb.

Tərəflər həmçinin Yaxın Şərqdə vəziyyətin inkişafı, xüsusilə də ukraynalı ekspertlərin regionda müdafiə imkanlarının gücləndirilməsinə verdiyi töhfələrlə bağlı fikir mübadiləsi aparıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru