İsrail Gürcüstanla bağlı qərar verdi

27-03-2026, 12:44           
İsrail Gürcüstanla bağlı qərar verdi
İsrail İranla davam edən gərginlik fonunda Gürcüstanı potensial təhlükəli istiqamətlər siyahısına daxil edib.

Referans Media xəbər verir ki, bu barədə İsrailin Milli Təhlükəsizlik Şurasının yaydığı açıqlamada bildirilb. Qeyd olunub ki, bölgədə artan risklər nəzərə alınaraq vətəndaşlara səfərlər zamanı daha ehtiyatlı olmaları tövsiyə olunur.

Qurum İsrail vətəndaşlarını mümkün təhlükələrə qarşı sayıq davranmağa, kütləvi yerlərdən uzaq durmağa və yalnız təhlükəsiz hesab edilən səyahət marşrutlarından istifadə etməyə çağırıb.

Açıqlamada həmçinin qeyd olunub ki, təhlükəsizlik vəziyyəti daim izlənilir və zərurət yarandığı halda əlavə xəbərdarlıqlar edilə bilər.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru