ABŞ İranda quru əməliyyatına başlasa... - Kremldən xəbərdarlıq

28-03-2026, 08:54           
ABŞ İranda quru əməliyyatına başlasa... -
ABŞ-ın İranda quru əməliyyatı Vyetnam münaqişəsində Amerikanın düşdüyü vəziyyətlə eyni olacaq.
TEREF Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“ABŞ-dan bu qədər uzaqda belə bir quru əməliyyatına girmək Vyetnamda baş verənlərlə təxminən eyni nəticələr doğura bilər. Vaşinqton min mil uzaqlıqda yerləşən xarici bir ölkəyə müdaxilə etmişdi və on il ərzində həmin münaqişədən layiqli çıxış yolu tapa bilmədi”, - deyə Medvedyev bildirib.
O əlavə edib ki, ABŞ-ın İranda quru əməliyyatı, əgər həyata keçirilərsə, region və münaqişənin bütün tərəfləri üçün ölümcül nəticələrə səbəb olacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İranda quru əməliyyatını təsdiqlədiyi haqda iddia yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru