Qətər və Ukrayna müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb

29-03-2026, 00:02           
Qətər və Ukrayna müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb
Ukrayna Prezidenti Volodimir Zelenskinin Qətərə səfəri çərçivəsində iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

"Report" xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyinin məlumatında deyilir.

Sənəd raket və pilotsuz sistemlərə qarşı mübarizə sahəsində təcrübə mübadiləsini nəzərdə tutur.

Zelenski Birləşmiş Ərəb Əmirliklərinə səfərindən sonra Dohaya gəlib. O, Əbu-Dabidə BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru