Almaniyanın nəqliyyat naziri sürücülərə: "Yanacaq bahadırsa avtobusa minin"
30-03-2026, 08:24
Almaniyanın nəqliyyat naziri sürücülərə məsləhət görür ki, yanacaq bahadırsa avtobusa minin. Bütün hökumətlərin belə qısa həll yolları var. Əslində vəziyyət necədi? Almaniyada benzinin (Super E10 / E5) qiymətinin 60%-i, dizelin qiymətinin 50%-i vergilərdən ibarətdir. Buraya enerji vergisi və ƏDV aiddir. Yəni litri 2.30 avoya aldığım dizel yanacağının 1.15 avrosu vergidən ibarətdir. Hökumət bahalaşmanın qarşısını aımaq üçün vergiləri azaltmaq əvəzinə rahatca deyir gedin avtobusa minin. İndi təsəvvür edin, nazirin məntiqi ilə şəxsi avtomobildən istifadən edən əhalinin 30 faizi bunu etsə ictimai nəqliyyatda necə bir xaos yaranar. Cavanşir Həsənli TEREF