Pakistan XİN başçısı: ABŞ-İran danışıqları yaxın günlərdə İslamabadda baş tuta bilər

30-03-2026, 11:44           
Pakistan XİN başçısı:
ABŞ-İran danışıqları yaxın günlərdə İslamabadda baş tuta bilər.

TEREF xarici KİV-ə istinadla xəbər verir ki, bunu Pakistan xarici işlər naziri İshaq Dar Misir, Türkiyə və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri ilə məsləhətləşmələrdən sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Pakistan yaxın günlərdə mövcud münaqişənin hərtərəfli və davamlı həlli üçün iki tərəf arasında mənalı danışıqlara ev sahibliyi etməkdən şərəf duyacaq.

"Pakistan həm İranın, həm də ABŞ-nin danışıqların asanlaşdırılması üçün Pakistana etimad göstərməsindən çox məmnundur", - Dar vurğulayıb.
(teleqraf)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru