İspaniya İrana hücum edən ABŞ təyyarələri üçün hava məkanını bağladı

31-03-2026, 00:09           
İspaniya İrana hücum edən ABŞ təyyarələri üçün hava məkanını bağladı
İspaniya ABŞ-nin İrana qarşı hücumlarında iştirak edən təyyarələr üçün öz hava məkanını bağlayıb.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, bunu ölkənin müdafiə naziri Marqarita Robles elan edib.
Nazir Madriddə jurnalistlərə bildirib ki, İrandakı müharibə ilə bağlı nə hərbi bazaların, nə də hava məkanının istifadəsinə icazə verilir.
Nəşr yazır ki, bu, daha əvvəl ABŞ-yə birgə istifadə olunan hərbi bazalardan istifadəyə icazə verilməməsi qərarından daha mühüm addımdır:
“Hava məkanının bağlanması Yaxın Şərqə yönələn hərbi təyyarələrin marşrutunu dəyişməyə məcbur edir və onlar İspaniyanı dolanmalı olur. Lakin fövqəladə hallara bu qadağa şamil edilmir”.
İspaniyanın iqtisadiyyat naziri Karlos Kuerpo bildirib ki, bu qərar ölkə hökumətinin əvvəlcədən qəbul etdiyi mövqeyin davamıdır: İspaniya beynəlxalq hüquqa zidd və birtərəfli başlanmış müharibədə iştirak etmək və ya ona dəstək vermək niyyətində deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru