Husilər neftin qiymətini 200 dollara çatdırmaqla hədələdilər

31-03-2026, 00:15           
Husilər neftin qiymətini 200 dollara çatdırmaqla hədələdilər
Yəmənin "Ənsar Allah" (husilər) qiyamçı hərəkatı Ərəbistan yarımadasını Afrikadan ayıran Bab əl-Məndəb boğazını bağlaya və bununla da neftin qiymətini bir barel üçün 200 dollara çatdıra bilər.

Oxu.Az xəbər verir ki, hərəkatın sözçüsü Məhəmməd Mənsur "InsideOver" portalına müsahibəsində belə bir hədə ilə çıxış edib.

"Avropa da başa düşməlidir ki, əgər "Müqavimət oxu"na (əsasən Tehranla müttəfiq olan şiə silahlı birləşmələri - red.) qarşı düşmənçilik nümayiş etdirməyə davam edərsə, biz neftin qiymətinin 200 dollara qalxmasını təmin edəcəyik ki, bu da Avropa iqtisadiyyatını çökdürə bilər", - deyə M.Mənsur bildirib.

"Biz Süveyşə aparan bütün dəniz yollarını kəsərək Bab əl-Məndəb boğazını blokadaya ala bilərik. Bizim qeyri-məhdud raket ehtiyatımız var və heç kim icazəmiz olmadan Asiya ilə Avropa arasında hərəkət edə bilməyəcək", - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru